İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və MİT-in birgə keçirdiyi əməliyyat çərçivəsində FETÖ lideri
Fəthullah Gülənin qardaşı Məsih Gülənin oğlu Salman Gülən, barəsində axtarış qərarı olan həyat yoldaşı Nur Gülən, qayınatası Bəkir Öztürk, qayınanası Mina Öztürk ilə birlikdə Sancaktəpədəki gizli evlərin birində yaxalanıblar.
Trend xəbər verir ki, istintaq çərçivəsində qaçaq şəxslərin 1 ilə yaxındır ki, sözügedən evdə gizləndikləri, təşkilat rəhbərinin əmri ilə banka pul yatırdıqları, qurumun dərnək və vəqflərində rəhbər vəzifələr tutduqları, təşkilatın yuxarı rəhbərliyində olan şəxslərlə təmasda olduqları aşkar olunub.
Təşkilatın hazırkı maliyyə strukturunda Salman Gülənin hələ də aktiv olduğu müəyyən edilib.
TEZADLAR.AZ