Bu gün Oğuz rayonunun Böyük Söyüdlü kəndində intihar hadisəsi baş verib.
Tezadlar.az DİN-nin saytına istinadla bildirir ki, Böyüklü Söyüdlü kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimov yaşadığı evdə özünü asaraq intihar edib. Məlumata görə, 51 yaşlı C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edib. Faktla bağlı polis və prokurorluq araşdırma aparır... Kənd sakinlərindən bəzilərinin sosial şəbəkələrdəki açıqlamaları isə ciddi düşünməyə əsas verir. Bütün hallarda hüquq mühafizə orqanlarının rəsmi açıqlamasını gözləyək...
SƏBUHİ