Moskvanın cənubundakı Kolomenskoye parkında 13 yaşlı uşaq münaqişə zəminində 11 yaşlı tanışını öldürüb.
Tezadlar.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbə bildirib.
"Oğlanlar artıq parkın özündə dalaşıblar. Bu qətlin səbəbi olub", - həmsöhbət bildirib.
Polis hər iki oğlanın bir-birini çoxdan tanıdığını və varlı ailələrdə yaşadıqlarını bildirib.
Mənbə onu da qeyd edib ki, saxlanılan yeniyetmənin hələ 14 yaşı tamam olmadığı üçün qapalı müəssisəyə göndəriləcək.
Xatırladaq ki, iyulun 19-da Kolomenskoye parkının lyuklarından birində bıçaq xəsarətləri olan 11 yaşlı uşağın meyiti tapılmışdı. Bundan əvvəl zərərçəkənin anası polisə müraciət edib. O, uşağın bir gün əvvəl gəzintiyə çıxdığını və evə qayıtmadığını bildirib.
Daha sonra müstəntiqlər oğlanın qatilini tapıblar. Onun 13 yaşlı dostu olduğu ortaya çıxıb. Yeniyetmə günahını etiraf edib və qətlin hansı şəraitdə baş verdiyini açıqlayıb.
E.ŞİRİNOV