Prokuror Rusiyanın ən böyük qatil dəstələrindən birinin lideri “Cako” ləqəbli Aslan Qaqiyevin ömürlük həbs olunmasını istəyib.

Avqustun 22-də Rostov-na-Donu Cənub Dairə Hərbi Məhkəməsi iki ilə yaxındır baxılan iş üzrə tərəflərin mübahisəsinə başlayıb.

Qaqiyev 2012-2013-cü illərdə onun göstərişi ilə ona tabe olan qatillərin Şimali Osetiyada altı qətl törətməkdə ittiham olunur. Zərərçəkənlər arasında Vladiqafqazın Sənaye Rayon prokurorunun müavini də var.

Xatırladaq ki, “Ceko” dəstəsi hələ 2007-ci ildə yaradılıb. Təxminən 30 nəfər, o cümlədən üç hüquq-mühafizə orqanının əməkdaşı olub. Bir neçə il ərzində qruplaşma Moskva və Şimali Osetiyada 60-a yaxın qətl törədib.

2014-cü ilin fevralından Qaqiyev federal axtarışdadır. Bir il sonra o, Vyanada saxlanılıb, daha üç ildən sonra Rusiyaya ekstradisiya edilib. Tezliklə daha 12 nəfər saxlanılaraq Moskvaya aparılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN