“İnsan Alverinə qarşı  mübarizə sahəsində maarifləndirmə üzrə təşəbbüslər” layihəsinin icrası məqsədilə ADPU-nun Şəki  (10 oktyabr 2023-cü il) və Cəlilabad filiallarında geniş tədbirlər keçirilməsi davam edir...

“Polisə Dəstək”  İB-nin sədri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev tədbir barədə "Təzadlar"a açıqlamasında bunları dedi: " Biz QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyə dəstəyi ilə növbəti tədbir keçiririk... 16 oktyabr 2023-cü il tarixdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Cəlilabad filialında layihənin icrasına başlanılıb. Tədbiri ADPU-nun Cəlilabad filialının direktoru, Aqrar elmlər üzrə fəlsəfə doktoru Xudayar  Sultanlı açaraq insan alverinə qarşı mübarizənin gücləndirilməsində vətəndaş cəmiyyətinin artan rolundan danışmış, sonra  sözü mənə verdi... Mən də DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin bu sahədəki fəaliyyəti, müqayisəli statistik məlumatlar,  insan alveri cinayətlərini doğuran səbəblər, İnsan Alveri ilə bağlı beynəlxalq normalar, BMT qurumlarının fəaliyyəti, 2019-2024-cü illər üzrə Azərbaycan Dövlətinin milli Fəliyyət Planının tələbləri barədə iştirakçılara məlumat verdim... Onu da deyim ki, layihənin ekspert - hüquqşunası  Aydın Kərimov çıxışında insan alveri cinayətlərinin qurbanları, əhalinin həssas təbəqələri və risk qrupuna aid şəxslər barədə iştirakçıları məlumatlandırmış,  mübarizənin səmərəliliyinin artırılması  məqsədilə dövlət qrumları ilə vətəndaş cəmiyyətinin sıx əlaqədə çalışmasının zəruriliyini vurğuladı. Cəlilabad RPŞ-nin cinayət-axtarış bölməsinin rəis müavini, polis mayoru Aqşin Səfərli isə polis-cəmiyyət münasibətlərindən və cinayətkarlıqla mübarizədə vətəndaşların iştirakının vacibliyini  diqqətə çatdırdı...".

Xatərladırıq ki, seminar-təlim zamanı iştirakçılara QHT Agentliyinin maliyyə dəstəyi ilə çap olunmuş “İnsan Alveri”  ilə bağlı kitabçalar paylanılmış və  verilən suallar mahiyyəti üzrə cavablandırılmışdır. 

Bəli, insan alverinin qarşısının alınması maarifləndirmədən çox asılıdır. Qadınlar bu cinayətin qurbanı olmamaq üçün maariflənməli və hüquqlarını bilməlidir...

A.Məmmədli

    

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN