Krasnoyarsk diyarında hüquq-mühafizə orqanlarının əməkdaşları Avropadan psixotrop maddələrin tədarükü kanalını müəyyən edərək bloklayıblar.

Tezadlar.az bildirir ki, bu barədə “MVD 24” Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, 25 yaşlı iki sakin saxlanılıb. Məlum olub ki, həmin şəxslər içərisində qadağan olunmuş maddə olan 600-ə yaxın həb olan bağlamanın qaçaqmalçılığını təşkil ediblər.

Cinayətkarlar messencer vasitəsilə Avropadan psixotrop dərmanların göndərilməsini, həmçinin narkotik vasitələrin izləri olan stiker dəstini sifariş edib və pulunu ödəyiblər.

Saxlanılan şəxslər barəsində psixotrop maddələrin qaçaqmalçılığı maddəsi ilə iş açılıb. İndi onları on ilə qədər həbs və bir milyon rubla qədər cərimə gözləyir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN