...Yaxşı işdir, cinayət törət, gizlən, axtarılanda da İrana qaç...

Belə çıxır ki, kriminallar İranı özlərinin sığınacağı görürlər. Amma belə deyil! Yəni, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Təzadlar"a verilən məlumatdan bəlli olur ki, sərhədçilərimiz belələrinə qənimdir! Budur, iki gün əvvəl- noyabr ayının 14-də saat 10:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir...

İndi Telman İsgəndərovun istintaq təcridxanasında niyə cinayət törətdiyini və nə səbəbdən axtarışa verildiyini dərindən götür-qoy etməyə xeyli, ən azı 5-7 il vaxtı olacaq... Biz hələ ən az müddəti deyirik...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN