Qırğızıstan Respublikasında fəaliyyət göstərən NazarNews-un baş redaktoru Güljan Şeripbayeva saxlanılıb.

O, kütləvi iğtişaşlara çağırışda ittiham olunur. Bu barədə vəkili məlumat verib.

Qırğızıstan KİV-nini məlumatına görə, onun növbətçi vəkilin iştirakı ilə ittiham olunduğu dəqiqləşdirilib. Və onu MTN-in müvəqqəti saxlama təcridxanasına salıblar.

Qurum hələlik təfərrüatları açıqlamayıb.

Qeyd edilir ki,  bu gün Güljan Şeripbayeva sosial şəbəkə hesabında dindirilmək üçün MTN-ə aparıldığını yazıb. Onun nə ilə bağlı sorğu-sual edildiyi və işin konkret hansı çıxış və ya yazı ilə bağlı olduğu məlum deyil.

Bildirilir ki,  oktyabr ayında ölkənin Mədəniyyət Nazirliyi Nazirlər Kabineti Aparatının rəhbəri Akılbek Japarovun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən yalan məlumatların redaksiya tərəfindən silinmədiyi halda NazarNews saytının bloklanması barədə qərar qəbul edib. Nazirliyin rəis müavini Çınqız Esenqulovun imzası olan məktub alındıqdan sonra həmin yazı saytdan silinib, lakin sayt bloklanmayıb.

Əlavə edək ki, biz də jurnalistin Facebook-dakı səhifəsinə daxil olduq və onun həmin paylaşımını gördük:

g

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN