Paytaxt sakinini dayanacaq üstündə qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbasov və onun 3 ortağı federal axtarışa verilib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.

Bundan əvvəl hüquq-mühafizə orqanları Abbasovun federal axtarışda olması barədə məlumat yayıb. "Qətldə şübhəli bilinən şəxslə birlikdə onun üç ortağı federal axtarışa verilib", - idarədən bildiriblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda qatil olduğu iddia edilən şəxsin yerləşə biləcəyi ünvanlar yoxlanılır. Onun ortaqları arasında qardaşı da var.

Qeyd edək ki, aprelin 17-də Krasnodarskaya küçəsində iki kişi arasında dayanacaq üstündə dava baş verib. 24 yaşlı yerli sakin avtomobilini yaşayış binasının girişinin yaxınlığındakı səkidə saxlayan 21 yaşlı sürücüyə irad tutub. Buna cavab olaraq sürücü dava edib və bu zaman o, rəqibinə bıçaqla xəsarət yetirib və gözdən itib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, sonradan xəstəxanada dünyasını dəyişib. Bu fakt əsasında qətl (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı cinayət işi açılıb. İş üzrə şübhəlinin atası və dostu saxlanılıb. Onlar müstəntiqlər tərəfindən dindirilir. Şübhəlinin qaçdığı iki avtomobil tapılıb. İstintaq Komitəsinin məlumatına görə, şübhəli şəxs Rusiyada qanunsuz yaşayır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN