İstanbulun Esenler qəsəbəsində boşanmaqda olan kişi övladlarını görmək üçün qayınatasının evinə gedib. Kürəkən ilə qayınata arasında çıxan mübahisədə əsəbiləşən qayınata ona atəş açıb. Qayınatası tərəfindən başından güllə yarası alan kürəkən hadisə yerində dünyasını dəyişib.

Tezadlar.az AHABER-ə istinadən xəbər verir ki, Əsənlərdə həyat yoldaşından boşanma prosesində olan Salih Macat (38) uşaqlarını görmək üçün qayınatası Orhan Doğanın (58) evinin qarşısına gedib. Orxan Doğan mübahisə zamanı kürəkəninə tapança ilə 3 dəfə atəş açıb. Başına dəyən güllə Macat hadisə yerində həyatını itirərkən, Doğan tutularaq nəzarətə götürülüb.

Hadisə dünən saat 20:00 radələrində Orucreis məhəlləsində baş verib. İddiaya görə, Salih Macat (38) uzun müddətdir evdə həyat yoldaşı ilə mübahisə edib. Macatın arvadı 5 ay əvvəl ata evinə köçüb. Ötən gün axşam saatlarında qayınatasının evinin yerləşdiyi küçəyə gələn Macat arvadının mənzilinə daş atmağa və onu təhqir etməyə başlayıb.

Ötən gecə Salih Macatın yenidən evin qarşısına gəldiyini görən həyat yoldaşı atası Orhan Doğana xəbər verib. Evinə gələn Orxan Doğan kürəkəni Salih Macatla küçədə mübahisə edib. Mübahisə zamanı Orxan Doğan yanında olan silahla Macata 3 dəfə atəş açıb. Güllələrdən biri Salih Macatın başına dəyib. Məhəllə sakinləri polisə və sağlamlıq qruplarına xəbər verib. Hadisə yerinə gələn sağlamlıq qrupları başından güllə yarası alan Salih Macatın öldüyünü müəyyən edib. Polis qrupları Orxan Doğanı yanında olan silahla hadisə yerində yaxalayaraq polis bölməsinə aparıblar.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN