Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 45 yaşlı Nadir Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 18 ədəd çətənə kolu aşkar edilib. N.Ağayev narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini bildirib.

n

Məhkəmənin qərarı ilə N.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

***

Nəsimi Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

s

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

***

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakinlərindən biri yaşadığı mənzildən 3000 manatının oğurlanması barədə polisə məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Pənah İmanov və tanışı Şümşəd Mahmudov saxlanılıblar. Ş.Mahmudovun üzərindən əlavə olaraq narkotik vasitə marixuana da aşkarlanıb.

p

Araşdırmalar davam etdirilir. P.İmanov və Ş.Mahmudovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.

***

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.

s

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Ulacalı kəndi ərazisində yabanı halda bitən, yaş halda ümumi çəkisi isə

2 ton 180 kiloqram olan 3120 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN