...Dünən dostlardan bir qismi Mariopolun tam olaraq rus ordusu tərəfindən tutulduğunu yazdılar. Əsas olaraq nazir Kuleybanın, şəhər artıq yoxdur, ifadəsi göstərilirdi. Məsələ ondadır ki, doğrudan da rus ordusu tərəfindən tamamən dağıdılmış, əhalisi qətl edilmiş və qaçqın salınmış bu gözəl şəhər, həqiqətən yer üzündən silinməkdədi. Amma şəhərin müdafiəçiləri bu gündə onun üçdə bir hissəsinə ( əsasən Azovstal zavod komlkesi) nəzarəti itirməyib, döyüşləri davam etdiririlər. Şəhərin müdafiəsində məhşur "Azov" polku ilə yanaşı ərazi müdafiə taboru, yerli polis, sərhədçilər, həmçinin bu günlərdə mühasirəni yararaq müdafiəçilərin köməyinə gələn dəniz piyadaçıları da döyüşürlər. Azovstal zavodunun infrastrukturu, əsasən yeraltı sex və bunkerləri, sığınacaqları, Ukrayna döyüşçülərinin qorunması, təhcizcatı üçün olduqca yaxşı zəmin yaradır. Şəhərin qurudan və havadan mühasirədə olmasına baxmayaraq bir ay ərzində gizli hava koridorundan helikopterlər vasitəsi ilə sursat gətirilib, geriyə isə ağır yaralılar daşınıb. Yalnız bir aydan sonra ruslar tərəfindən bir helkopterin vurulması ilə bu aşkar edildi. Şəhərə bu yolla qida deyil, sursat daşınması isə ehtiyat qidanın və suyun hələ kifayət səviyyədə olduğunu göstərir. Həmçinin küçə döyüşlərində düşmən tərəfindən qənimət sursat ələ keçirilir. Əsas VSU qüvvələrinin hələ çox uzaqda ( təxminən 80 km.) olmasına baxmıyaraq müdafiçilər döyüşmək əzmindədirlər. Bu fanatizm deyil, düşünülmüş hərbi taktikanın tərkib hissəsidir. Maripol, Donbas əyaləti inzibati dairəsinə daxildir. Luqanskın təxminən yarısı, Donbasın isə 20 faizi Kiyevin nəzarətindədir. Rusiya isə indiki mərhələdə məlum iki vilayəti, üstəlik Xersonu tam olaraq nəzarəri altına almaqda israrlıdır. Maripolun təslim olmaması onun planlarına böyük maneədir. Çünki Rusiya burada mühasirə xətdində əsasən elit hissələr olmaqla on, on iki min arası qoşun saxlamağa məcburdur.
Rusiya ucqarlarından yeni qüvvə olaraq cəlb edilən 20 min qoşun sərhəddə təlimlərdədir. Ekspertlərin proqnozlarına görə, gen. Dvornikov həm geriyə çəkilən qüvvələrdən, həm Mariopoldan , həmdə qeyd etdiyimiz rezevrdən ibarət zərbə qrupu yarartmağa çalışır ki, sonra isə şərq istiqamətindən zərbə vurmaqla ORDLO-nu tam nəzarət altına alsın.
"Moskva" kreyserinin sərrast raket atəşi ilə məhv edilməsindən (sahildən 50 mil məsafədə) sonra, qorxudan rus gəmiləri dəniz sahillərindən daha uzaqlara çəkilib. Belə olduğu halda dəniz piyadalarının döyüşlərə qatılması mümkünsüzdür. 1905-ci ildən, rus-yapon müharibəsindən bəri hələ rus donanması belə böyük tələfata, flaqman gəmi itkisinə məruz qalmamışdı. Burdakı itkilərin sayı, məlum "Kursk" sualtı qayığındakı itkilərdən ən azı üç dəfə çoxdur. Bunun özü göstərir ki, tək Ukrayna əsgəri deyil, onun komandanlığı, rus ordusu generallarından nə qədər ağıllı, savadlı, taktiki cəhətdən üstündürlər.
Tərlan Eyvazov,
ehtiyatda olan polkovnik