Əsrin və bəşəriyyətin bəlası, həm də baş ağrısı olan narkotik vasitələrin dövriyyəsinin qarşısı təəssüflər olsun hələki alınmazdır...

Azərbaycanın Hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizədə bəlkə də ən çox səy göstərdiyi iş bu bəlaya son qoymaqdır. Amma təəssüflər olsun, kökümüzü kəsən bu bəlanın da kökü kəsilmir ki kəsilmir. Məsələn, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilib. Bu, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart aylarının yekununa dair məlumat”da əksini tapıb. Həmin faktlar üzrə ümumi çəkisi 765 kq 540,334 qr olan 7286 ədəd həb və müxtəlif növ narkotik vasitələr, 22 kq 399,27 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə dövriyyədən çıxarılıb. 2022-ci ilin 3 ayı ərzində qanunsuz dövriyyədən çıxarılan 1 ton 880 kq 474,692 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 69 milyon 778 min AZN (41 milyon ABŞ dolları) kimi qiymətləndirilib.

Bu rəqəm ümumi qiymətləndirmədir. Lakin onun arxasında bu bəlaya düçar olacaq minlərlə, on minlərlə insan həyatı, dağılan ailələr və talelər dayanır. Cəmiyyət bu bəladan xilas olmaq üçün yalnız özü özünü mübariz etməlidir ki, sonda işə hüquq mühafizə orqanları qarışmasın...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN