Rusiyanın Ukraynadakı işğalçılığı təkcə dağıntı və viranəliklə yekunlaşmır...
Həm də mülki əhali məhv edilir, uşaqlar və qadınlar oğurlanır... Məsələn, aprelin 21-də ruslar deportasiya edilmiş 308 Mariupol sakinini Vladivostoka gətiriblər, onlardan 90-ı uşaqdər... Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Mariupol merinin müşaviri Petr Andryuşenkonun Telegram-da bu barədə yazıb. Sitat: "İnsanlar məktəblərə və yataqxanalara yerləşdirilib. Bundan sonra Primorsk diyarının müxtəlif yaşayış məntəqələrində yerləşdirilməsi planlaşdırılır. İsti Azov dənizi və Ukraynanın mülayim iqlimi əvəzinə Rusiyanın depressiyaya məruz qalmış bölgələri var. Bu insan oğurluğudur...”.
Andryuşenko onu da əlavə edib ki, rusların Mariupoldan olan uşaqlar rus dilində çətin bildiyindən orada əlavə dərslər keçiriləcək.
Beləliklə, Rusiyanın bu müharibəsi dünyanın ağlına gəlməyən problemlərlə müşaiyət olunur.
A.Məmmədli