Bakının Suraxanı rayonunda qadın baldızı tərəfindən döyülüb.
Tezadlar.az xəbər verir ki, hadisə Suraxanı qəsəbəsi ərazisində baş verib.
184 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusda 1993-cü il təvəllüdlü Məmmədova Həcər Fərrux qızı baldızı ilə mübahisə edib. Mübahisə zamanı baldızı onun hər iki qolunu dişləyib. Daha sonra zərbələr endirib. Yaralı hər iki saitin cırılmış yarası və döş qəfəsinin küt travması diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, H.Məmmədova hamilədir.
Faktla bağlı hüquq mühafizə orqanına məlumat verilib.
apa