Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun oğlu
İqor Xaçaturov Ermənistanda həbs edilib. Bu barədə Ermənistan İstintaq Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir.
O, baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları zamanı polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.
"Əldə edilmiş sübutlara əsasən, İqor Xaçaturov "hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək" maddəsi ilə ittiham olunub. Onun həbsi ilə bağlı məhkəməyə verilən vəsatət təmin edilib", - məlumatda deyilir.
Hadisənin mayın 17-də baş verdiyi bildirilir. (ria)
Xatırladaq ki, Ermənistanda mayın 2-dən etibarən davam edən vətəndaş itaətsizliyi aksiyalarının tələbi Paşinyan hökumətinin istefasıdır.
Bu aksiyalarda Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Ermənistan” bloku, Serj Sarkisyanın Respublika Partiyası, həmçinin Daşnaksütyun və Ana Vətən partiyalarının tərəfdarları iştirak edirlər.
Etiraz aksiyaları zamanı saxlanılanlar var.
Y.MƏMMƏDLİ