Narkotikə qurşanaraq özünü və ətrafını bədbəxt edənlərin əməllərinə qarşı mübarizə davam etməkdədir...

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 98 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs, 34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. 

*** 

Təəssüflər olsun ki, bu bəlaya qurşalanlara qarşı bütün mübarizə tədbirlərinə baxmayaraq belələrinin nə sayı azalır, nə də narkotiklərinin xüsusi çəkisi. Və təəssüf doğuran həm də budur ki, həbsxanalarda da son illər belə məhkumların sayı artıb. Nəinki sayı, həm də onların tərəfindən təkrar törədilən cinayətlərin sayı..

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN