Bakıda gənc oğlan çoxsaylı bıçaq xəsarətləri alıb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Ramana qəsəbəsində 1996-cı il təvəllüdlü Abbasov Elşən Nurxan oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədəninin müxtəlif nahiyələrində 5 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

E.Abbasov əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN