Qazaxıstanın Almatı şəhərində törədilmiş yanvar iğtişaşları ilə bağlı 205 nəfər şübhəli həbsdədir – ümumilikdə 1066 cinayət işi açılıb.

Qazaxıstan Baş Prokurorluğu 1-ci Xidmətinin rəis müavini Yeldos Kilimjanovun bildirib ki, Almatı şəhəri yanvar hadisələri zamanı bütün şəhər və rayonlardan daha çox zərər çəkib.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

O,  diqqətə çatdırıb ki, ölkənin Almatı, Çimkent, Aktobe, Atırau, Almatı, Cambil, Qızılorda şəhərlərində və Şərqi Qazaxıstan vilayətlərində soyqırımlar, dövlət obyektlərinin yandırılması, əmlakın dağıdılması və terror aktları törədilib.

Yeldos Kilimjanov vurğulayıb ki, ən ciddi zorakılıq, dağıntı, hökumət nümayəndələrinə müqavimət faktları Almatıda qeydə alınıb.

Onun sözlərinə görə, dağıntılar, binaların yandırılması və silahlı hücumlar nəticəsində Almataya 98 milyard tenge, o cümlədən 1592 sahibkarlıq subyektinə isə 92 milyard tenge dəyərində ziyan dəyib.

“9 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 2260 nəfər yaralanıb. Cinayətkarların sadalanan hərəkətləri qanunla terror aktı kimi təsnif edilir”, - deyə Kilimjanov bildirib.

O, həmçinin əlavə edib ki, yanvar hadisələri zamanı  Almatıda törədilmiş bütün cinayətlər üzrə istintaq orqanları 1066 cinayət işi (5 iş - kütləvi iğtişaşlar, 5 iş - terror aktları) ilə bağlı araşdırma aparır. Məhkəmənin sanksiyası ilə 205 şübhəli həbsdədir.

“Həbs olunan hər bir şəxs üçün onun cinayətlərdə iştirakı və fəal iştirakı barədə kifayət qədər məlumat var”, - vurğulayıb.

***

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə  ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.

Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır. Etirazçılar yanvarın 4-ü axşam saatlarında Alma-Atada qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.

 Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının  sədri kimi bildirib ki, iştirakçı ölkələrin liderləri Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul ediblər.

Qazaxıstanın Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 4578 nəfər xəsarət alıb, 19-u təhlükəsizlik  əməkdaşları olmaqla 225 nəfər həlak olub.

Onu da qeyd edək ki, Qazaxıstanda yanvar hadisələrindən sonra işgəncə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 170 fakt üzrə cinayət işi başlanıb, həmçinin ölkədə baş vermiş iğtişaşlarla əlaqədar, ümumilikdə 3024 cinayət işi üzrə istintaq aparılır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN