Öztürk ittihamı qəbul etmir və susma haqqından yararlanır.
31 may tarixində Batumidə saxlanılan türkiyəli iş adamı Qalib Öztürkə qarşı Prokurorluq rəsmi ittiham irəli sürüb. Baş Prokurorluq ona, qanunsuz olaraq külli miqdarda narkotik maddə almaq və saxlamaq, Maliyyə Nazirliyinin İstintaq Xidməti isə vergilərdən yayınma, saxta ödəniş sənədlərinin hazırlanması və istifadəsi ilə bağlı ittiham irəli sürüb.
Gürcüstan KİV-nin məlumatına görə, Qalib Öztürkün mənzilində aparılan axtarış nəticəsində külli miqdarda (7,2159 qram) kokain müsadirə edilib. Qalib Öztürkün vəkili Davit Çavleişvilinin sözlərinə görə, Öztürk ittihamı qəbul etmir və susma haqqından yararlanır. Vəkil onun girov müqabilində sərbəst buraxılması üçün məhkəməyə müraciət etdiklərini bildirib. Qeyd edək ki, Gürcüstan vətəndaşı olan Q.Öztürkə Batumidə bir neçə mehmanxana və “Metro city” ticarət mərkəzi məxsusdur. O, həmçinin “Metro Turizm” avtobus şirkətinin təsisçisidir.
Mətbuatda yayılan məlumatlara görə, illər öncəsi Qalib Öztürk barəsində ("Metro Turizm"in rəhbəri olarkən) Türkiyədə cinayət işi açıldığı üçün o, ölkəni tərk edbi.
“Metro Turizm”in sahibi Qalip Öztürk 1996-cı ildə Beyoğlunda Kuvvet Köseoğlunun qətlini sifariş etmə iddiasıyla ömürlük həbs cəzasına məhkum edilibmiş. Və buna görə, o, xaricdə qaçaq həyatı yaşayıb.
Ümumiyyətlə, mətbuatda Qalib Öztürkün ailə həyatı haqqında da rezonans yaradan məlumatlar yayımlanıb.
Belə ki, ötən il Qalip Öztürklə bağlı Britaniyanın "The Sun" qəzetində xəbər dərc olunub.
Qəzetin araşdırmasına görə, onun 23 yaşlı rus arvadı Kristina Öztürklə surroqat analardan 10 bioloji övladı var.
Sosial mediadakı paylaşımlarında 105 uşaq sahibi olacaqlarını, ancaq bunun təsadüfi bir rəqəm olduğunu deyən Kristina bildirib ki, neçə uşaq sahibi olacağımı bilmirəm, amma 10-da dayanmağı da planlaşdırmırıq.
Qeyd edilir ki, Qalib Öztürk qızı ilə Batumiyə tətilə gələndə orada Moskva əsilli Kristina ilə tanış olub və evləndikdən sonra da burada qalıblar.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ