booked.netbooked.net booked.net  

İyunun 3-ü saat 15 radələrində Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovaya bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərdən aparıldığı xəstəxanada ölmüşdür. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. Sabir Şabanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bəli, adi məişət probleminin bıçaqla həlli yolu tərəflərdən birini dünyaya əbədi vida deməyə, digərini isə yaxşı halda uzun illərli azadlıqdan məhrumetməyə məhkum edir. Doğrudanmı belə məişət problemlərinin başqa həlli yolu yoxdur???

A.Məmmədli 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN