…44 günlük Zəfər müharibəsində Vətəninə və ailəsinə baş ucalığı gətirmiş, 21 yaşlı şəhid- leytenant Əliyev Samir Əliheydər oğlunun ad günüdür!
Elə şəhidin ad günü münasibəti ilə bu gün Suraxanı Rayon İcra Hakimiyyəti onun adının əbədiləşdirilməsi məqsədilə park salıb, inşa edilən bulağın açılışını edib. Bu, rayon rəhbərliyinin atdığı xoş bir addımdır, rəhbərliyin mənəvi və vəzifə borcudur. Amma görün bu borcu necə urvatsız ediblər!
Beləliklə, parkın açılış mərasimində Suraxanının icra başçısı Əziz Əzizov, müavinləri, RİH-nin şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Amma və lakin! Təsəvvür edirsinizmi, o boyda rayonun 300 minə yaxın əhalisinin taleyi etibar edilmiş İcra başçısı göz yaşını quruda bilməyən şəhid anasının əlinə bıçaq verib ki, oğlu-şəhidin fotosu həkk olunmuş tortu kəssin. Ana əlində bıçaq dayanıb, həyəcanlıdır, oğlunun sifətini-sinəsini yarmağa əli gəlmir! Amma başçının və o tortu sifariş edənlərin vecinə deyil, fəxrlə arxada dayanıb ananı tortu kəsməyə təhrik edirlər.
Allah, görün taleymiz necə savadsızlara həvalə edilir! İlahi, bu nə biabırçılıq və savadsızlıq, gerizəkalıqdır! Aşağıdakı fotoya baxanda qanımız donur, ürəyimmiz titrəyir! Təkrar edirəm, Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov isə gülümsəyərək anaya baxır ki, nooldu, kəs, bıçağı sinəsinə sapla! Və başçının vecinə deyil!
Bu fotonu bizə göndərən sakinlərdən biri isə bildirdi ki, hətta İcra başçısı Əziz Əzizov ananın qan ağlayan ürəyinin ağır dərdi və göz yaşları ilə kəsilən həmin tortdan da yeyib!
***
…Deyirlər, filan məsələyə görə bıçaq boğaza dirəndi! Burada isə başçının təhriki və adını siz qoyun- yersiz, mənasız, savadsız… hərəkəti ilə bıçaq şəhid anasının əli ilə Vətən yolunda qanı tökülmüş-şəhid olmuş leytenantın sinəsinə saplanmış kimidir! Bu dəhşətli mənzərənin müəllifi isə Suraxanı RİH-nin başçısı Əziz Əzizovdur! Ardını siz deyin!
Görəsən, bu foto Ali Baş Komandan İlham Əliyevin diqqətinə çatdırılıbmı? Axı o şəhidin igidlik zirvəsinə ucalmasına əmr verən Ali Baş Komandandır. Bəs Ali Baş Komandanın əsgərinə belə ad günü keçirərlər???
Asif Mərzili