Bu gün Özbəkistan və Azərbaycan Müdafiə nazirlikləri arasında 2023-cü il üçün əməkdaşlıq planı imzalanıb.

Tezadlar.az Özbəkistanın qazeta.uz saytına istinadla bildirir ki, Müdafiə nazirliklərinin rəhbərləri hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Belə ki, bu gün oktyabrın 19-da Bakıda Özbəkistan və Azərbaycanın Müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Sənəd Özbəkistanın müdafiə nazirləri Bahadur Qurbanov və Azərbaycanın müdafiə nazirləri Zakir Həsənovun  görüşündə imzalanıb.
Gazeta.uz-un Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən regional təhlükəsizlik və bir sıra digər məsələlər müzakirə edilib. Özbəkistan qəzeti yazır ki, "... nazir Bahadur Qurbanov Zakir Həsənovu qarşıdan gələn Qələbə Günü (Azərbaycanda noyabrın 8-də qeyd olunan İkinci Qarabağ müharibəsindəki qələbə münasibətilə qeyd olunan bayram) münasibəti ilə də təbrik edib".

Bəli, xoş haldır ki, vaxtilə türkdilli respublikalarda, o cümlədən Özbəkistanda Qarabağın Ermənistan tərəfindən işğal edilməsindən danışılırdı. İndi isə Azərbaycanın Ermənistanın Qarabağdakı işğalına son qoyduğunu qeyd edirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN