Bu gün Azərbaycan Diplomatiya Akademiyasının təlim mərkəzində media biznesi barədə Litvadan dəvət edilmiş beynəlxalq statuslu ekspertin iştirakı ilə təlimlərdə iştirak etdik...

Və təbii ki, Azərbaycan mediasında bu sahədə yetərincə təcrübə var. Lakin beynəlxalq təcrübədən də bəhrələnərək yerli media mühitində bu təcrübədən istifadə müsbət nəticə verir və bunun bəhrəsini son bir neçə ildə görməkdəyik. 

Təlimdə MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədlinin iştirakı ilə maraqlı müzakirələr, fikir mübadilələri oldu. Ekspert Ormela xanım Litvadan olduğundan, söhbət daha çox Baltikyanı respeblikaların-Estoniya, Latviya və Litvanın mediaühitindəki müsbət tendensiyalar və təcrübələr müzakirələrin əsas mövzusu idi.

Təlim elektron media rəhbərlərinin sual-cavabları ilə davam etdiyindən olduqca maraqlı keçirdi. 

Təlim sabah da davam edəcək. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN