Rəsmi qurumların media üzrə səlahiyyətliləri sırasında fəaliyyəti ilə daha çox fərqlənənlərdən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin də olduğunu jurnalistlər yaxşı bilir.

Elə bu fərqlənmənin nəticəsidir ki, nazirin əmri ilə Elşad Hacıyevin rütbəsi artırılıb. 

Tezadlar.az bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib. 

Xatırladırıq ki, polis polkovnik-leytenantı Elşad Hacıyev 2020-ci ildən DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır. 

Təbrik edirik!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN