...Kitaba hörmət keçmişə və gələcəyə ötürülən yaddaşa hörmətdir...

 Kitaba hörmət həm də mədəniyyətimizə hörmətdir!

Şəkildə gördüyünüz bu maket-heykəl bilirsiniz hardadır? AzərCELL-in "20 yanvar"dakı baş ofisinin parkında... Tbilisi prospektindəki həmin yoldan hər gün bəlkə də minlərlə insan keçir, amma inanmıram ki, kimsə bu abidəni görmüş olsun. Görən olsaydı, mənim kimi fotoşəklini çəkərdi...

Əhsən! Həqiqətən də şirkət təkcə mobil rabitədə deyil, həm də mədəniyyətimizin, kitaba hörmətin ifadəsində ilkdir!

Niyə müvafiq idarə və təşkilatların həyətində də belə abidə-heykəl, monumental guşələr olmasın?! Bu kitaba, deməli, mədəniyyətimizin gələcəyə daşıyıcısına olan hörməti və marağı yüzqat artırar, insanlar metroda telefonla oyun oynayınca, tik-tok-dakı sarsax videolara baxınca, kitab oxuyar. Axı kitab həm də zehnin idmanıdır, məşqidir, yaddaşın itilənməsidir!

Asif MƏRZİLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN