Kiyevdə yaşayan sabiq diplomat, Ukrayna EA-nın akademiki, hüquq elmləri doktoru, professor Arif Quliyev "Təzadlar"ın qonağı oldu.

Arif müəllimlə çox maraqlı söhbətimiz alındı: görkəmli dövlət xadimi Heydər Əliyevlə, Prezident İlham Əliyevlə görüşləri, eləcə də diplomat kimi fəaliyyəti, Ukrayna müharibəsi, diaspor işi və s. barədə TezadlarTV-yə (TTV AZ)  müsahibə verdi. Bütün söhbətimizin qayəsi bu idi ki, Azərbaycanı sevmək üçün onu yaxşı tanımaq və tanıtmaq lazımdır. Professor Arif Quliyev ermənilərin at oynatdığı, Arsen Avakovu daxili işlər naziri, Aşotları deputat etdikləri... Ukraynada var gücü ilə Azərbaycanı ukraynalılara və Ukraynaya tanıtmaqla məşğuldur. Amma o da məlum olur ki, Azərbaycanın Diaspor Komitəsində və bəzi aidiyyəti qurumlarda Ukraynadakı nüfuzlu ziyalılarımızı "tanımırlar! Eləcə də akademik Arif Quliyevi...

Qısası, sabah TTV  AZ-ın efirində (TezadlarTV) professor Arif Quliyevlə müsahibəmizə baxa bilərsiniz.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN