Tahirə Məmmədova: ”Bağdad şəhərində mövcud olan maddi-mədəni abidələrin mütləq əksəriyyəti Səlcuqilər, Elxanilər, Cəlairilər, Səfəvi və Osmanlı dövründə inşa edilmişdir”

Azərbaycanın qonşu sarıdan bəxti heç gətirməyib. Bir tərəfdən Rusiya, bir tərəfdən İran, o biri tərəfdən də hər iki dövlətə quyruq bulayaraq, üstümüzə işğalçı niyyəti ilə gələn Ermənistanla qonşu olmuşuq. Nə yaxşı ki, heç olmasa, «Bir millət iki dölət!» dediyimiz qardaş Türkiyəmiz və hər zaman yanımızda olan Pakistan var. Bizdən çox uzaq olmasa da, İraq da bizə qonşu sayılır. Amma İraq bir çox ərəb dövlətlərindən fərqli olaraq, bizə qarşı münasibətdə qonşuluq prinsipinə həmişə sadiq qalıb. Məqamı düşdükcə Azərbaycan həqiqətlərinin ərəb və İslam dünyasında yayılmasında mühüm rol oynayırlar.
Təbii ki, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi müasir dünya siyasətinin əsasını təşkil edir. İraq ərəb ölkəsi olsa da, müsəlman əhalinin yaşadığl bir ölkədir. Bu isə o deməkdir ki, türkdilli Azərbaycanla ərəbdilli İraq arasındakı münasibətlərə, özü də mehriban münasibətlərə körpü salan həm də dini tolerantlıq, hər iki ölkə əhalisinin əsasən müsəlman olmasıdır. Tolerantlıq isə Azərbaycan milli mədəniyyətinin vacib elementi-atributu, dövlət siyasətinin tərkib hissəsidir. Elə aşağıda bəhs edəcəyimiz mövzu da məhz dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində qazanılan nailiyyətlərin İraq nümunəsi barədədir....

***

Azərbaycan və İraq arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Hər iki dövlətin adət-ənənələrində də müəyyən oxşarlıqlar var. İraq və Azərbaycan arasında münasibətlər təkcə dövlətlərarası deyil, həm də Qeyri- Hökumət Təşkilatları (QHT) və ayrı-ayrı şəxslər səviyyəsində də inkişaf edir. Azərbaycanda belə QHT-lərdən biri də Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyidir (AİMƏİB). Bu QHT-nin sədri şairə, ictimai xadim və publisist Tahirə Məmmədovadır. Bildiyimiz kimi, prezident İlham Əliyev 30 illik işğala son qoyulandan sonra Şuşa şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan edib. T.Məmmədova da 30 illik işğal dövründə bir şuşalı kimi Şuşa haqqında bir neçə sənədli film hazırlamışdır. Bundan əlavə, Şuşa və Qarabağ həqiqətləri haqqında üç dildə kitablar, çoxsaylı yazılar və şeirlər araya-ərsəyə gətirmişdir. Qarabağ işğaldan azad ediləndən sonra isə Şuşanı görməyən, lakin 44 günlük 2-ci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə şəhid olan 9 nəfər Şuşalı haqqında Tahirə xanım sənədli film hazırlamağı qarşısına məqsəd qoymuşdur ki, onlardan da 3 nəfəri haqqında film artıq hazırlanaraq geniş ictimaiyyətə təqdim edilmişdir.

Bu səbəbdən də Tahirə xanım İraq və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsi üçün böyük rol oynayır. Tahirə xanım İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin müdiri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin (İADC) sədri, “Dostluq” qəzetinin rəhbəri Dr. Mu'taz Muhyi Əbdülhəmid ilə çox sıx münasibətlər yarada bilib. Məhz bu təşkilatın vasitəsilə Tahirə xanım Azərbaycan və Qarabağ həqiqətlərinin İraq Respublikasında yayılmasını təşkil edə bilir. Dr. Mu'taz Muhyi Əbdülhəmid də öz növbəsində Azərbaycanın Prezidenti cənab İlham Əliyev və ayrı-ayrı tanınmış şəxsiyyətlər barədə yazılar yazaraq İraqda yayılmasını təmin edir. Dr. Mu'taz Muhyi Əbdülhəmid, dediyimiz kimi, həmçinin İraqda çıxan “Dostluq” qəzetinin baş redaktorudur. Bu qəzetdə Azərbaycanda baş verən hadisələr müsbət formada İraqda işıqlandırılır.

***

Tahirə xanım QHT rəhbəri kimi dr. Mu'taz Muhyi Əbdülhəmidlə iki ölkə arasında əməkdaşlığın həyata keçirilməsi üçün “Əməkdaşlıq Protokolu” imzalamışdır. Bunun da nəticəsində hər iki xalq arasında əlaqələrin daha da genişlənməsinə zəmin yaranmışdır.

1681123446518

 Dr. Mu'taz Muhyi Əbdülhəmid İraqda rəhbəri olduğu “Dostluq” qəzetində mütəmadi olaraq, Azərbaycanda baş verən hadisələri, prezident İlham Əliyevin çıxışlarını yayımlayaraq İraq xalqına çatdırılmasında böyük rol oynayır.

Azərbaycanı həddindən artıq sevən Əbdülhəmid bəy Şuşada da olmuş, erməni vandallarının törətdiyi vəhşilikləri gözləri ilə görmüş, eyni zamanda 44 günlük müharibənin müsbət nəticələri barədə İraq xalqına doğru, düzgün məlumatlar çatdırmışdır. Azərbaycanın incisi sayılan Şuşa Əbdülhəmid bəydə o qədər böyük təəssürat yaratmışdır ki, Vətənə qayıdandan sonra orada “Şuşa” adlı kitab yazıb çap etdirmişdir.

***

Əbdülhəmid bəy 2023-cü ilin 14-16 mart tarixində Bakıda keçirilən “İslamofobiyaya yox” adlı Beynəlxalq konfransda da iştirak edib. Konfransdakı çıxışını isə, Azərbaycanın qalibiyyətlə başa çatan 44 günlük müharibəsinə və ermənilərin vandallizminə həsr etmiş, həmçinin Ermənistanı işğalçı ölkə adlandırmaqla, möhtəşəm bir tarixi çıxış etmişdir. Bununla da Azərbaycan həqiqətlərini Ərəb və İslam dünyasına çatdırılmasına öz töhfəsini vermişdir.

***

 Bu ilin Novruz bayramı ərəfəsi, yəni martın 20-də dr. Mu'taz Muhyi Əbdülhəmid Tahirə xanım Məmmədovanın rəhbəri olduğu Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin təşkil etdiyi Novruz şənliyində iştirak etmişdir. Bu tədbirdə Şuşaya həsr etdiyi kitabı, Azərbaycan, Qarabağ həqiqətləri və prezident İlham Əliyevin şıxışları, keçirdiyi görüşlər barədə yazılmış “Dostluq” qəzetinin bir neçə nüsxəsini tədbir iştirakçılarına təqdim etmişdir. Həmin tədbirdə qərara alınmışdır ki, Tahirə xanım Məmmədova və dr. Mu'taz Muhyi Əbdülhəmidlə birlikdə Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə bu dahi şəxsiyyətin həyat və yaradıcılığı, keçdiyi şərəfli ömür yolu barədə kitab hazırlasınlar. Bu kitab hər iki dildə hazırlanaraq Azərbaycan və İraq ictimaiyyətinə təqdim ediləcək.

***

 Azərbyacan və İraq əlaqələrinin gələcəkdə daha da inkişafı barədə Tahirə xanımın növbəti planları ilə maralandıq. T.Məmmədova bizə bunları söylədi: “…Bakıda rəsmi səfərdə olan, yaxın dost və tərəfdaşımız İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, eyni zamanda İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Dr. Mu'taz Muhyi Əbdülhəmid ilə görüşümüz çox maraqlı və məhsuldar alındı. Qeyd edim ki, Dr. Mu'taz Əbdülhəmid Azərbaycan həqiqətlərindən bəhs edən ərəb dilində qələmə aldığı bir neçə kitabın və çoxsaylı publisistik məqalələrin müəllifidir… Söhbət zamanı Azərbaycan həqiqətlərinin Ərəb və İslam dünyasına çatdırılması, həmçinin gələcəkdə elmi-mədəni əlaqələrin inkişaf etdirilməsi imkanları haqqında bir sıra mövzuları müzakirə etdik.

tah-1

Fürsətdən istifadə edərək, həmsöhbətimə Azərbaycan tarixi, mədəniyyəti, dili və dövlətçilik ənənələri haqqında yeni və ətraflı məlumatları paylaşdım. Görüşümüzün sonunda Dr. Mu'taz Muhyi Əbdülhəmid Bağdaddan gətirdiyi "Bağdad abidələrində divar naxışları" (الزخارف الجدارية في آثار بغداد) adlı tədqiqat əsərini mənə hədiyyə etdi. Tədqiqat işinin müəllifi məşhur iraqlı epiqraf alim, tarix elmləri doktoru, professor Xalid Xəlil Həmmudi əl-Ə'zəmidir və kitab 1980-ci ildə Bağdad şəhərində nəşr edilmişdir. Əsərlə tanış olduqdan sonra bu tədqiqat işinin nə qədər fundamental, uğurlu, maraqlı və elmi əhəmiyyətə malik olduğunu gördük. Kitabda Bağdad şəhərinin tarixi, mədəni abidələri, maddi-mədəni abidələrinin üzərinə həkk olunmuş yazı və naxışlar müəllif tərəfindən müfəssəl və peşəkar şəkildə tədqiq edilmişdir. Onu da qeyd edim ki, müəllifin də vurğuladığı kimi, Bağdad şəhərində mövcud olan maddi-mədəni abidələrin mütləq əksəriyyəti Səlcuqilər, Elxanilər, Cəlairilər, Səfəvi və Osmanlı dövründə inşa edilmişdir. Bu fakt bir daha sübut edir ki, türk xalqları, xüsusilə azərbaycanlılar İslam mədəniyyətinin və maddi-mədəni irsinin təşəkkülünə və inkişafına böyük töhfələr vermişlər. Fürsətdən istifadə edib, bu dəyərli hədiyyəyə görə İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, Dr. Mu'taz Muhyi Əbdülhəmidə öz dərin minnətdarlığımı bildirir, elmi-ictimai fəaliyyətində ona böyük uğurlar arzulayıram!”

***

 Göründüyü kimi, hər iki qurum arasında çox sıx münasibətlər vardır. Bu da Azərbaycan və İraq xalqları arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə zəmin yaradır. İnanırıq ki, Azərbaycan və İraq xalqları gələcəkdə bir-birinə daha da yaxınlaşacaqlar və bu yaxınlaşma, birlik İslam dünyasına bir nümunə olacaq. Ona da əmin olduğumuzu bildirmək istəyirik ki, Azərbaycanın  Türkiyə və Pakistanla olan ən səmimi, isti qardaşlıq münasibətləri İraqla da qurulacaq və bu ölkə hazırda olduğu kimi, həmişə Azərbaycan və Qarabağ həqiqətlərinin dünyada yayılmasında öz töhfəsini verəcək.

Elçin MƏMMƏDLİ

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.15).

1681123682360

1681123446512

1681123682347

1681140189491

1681123682353

1681140189462

1681140189481

16811401284557

2e3f9083-79e2-4895-977e-519d3f14f826

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN