Deməli, belə: bu səhər "Heydər Əliyev-100" yubileyi çərçivəsində metronun "Elmlər Akademiyası" stansiyasının qarşısındakı foto-atelyedən (B.Vahabzadə küçəsi) portret götürürdüm. Yolun BDU istiqamətində-solda "Dayanmaq qadağandır-150" nişanı qoyulub. Yəni, 150 m irəlidə maşın saxlamaq olar. Mən də Əmlak Komitəsinin Reyestr Xidmətinin darvazasının yanında maşını saxlayıb fotoatelyeyə daxil olub qayıdıram. İndi mənə SMS-Radar-dan mesaj gəlir ki, 20 manat cərimə edildin.
Yaxşı, sürücülərə yaradılan maneələri, tıxacları görməyən hörmətli kamera arxasında dayanan adam, operator, hara qədərdir 150 metr? Sürücülər özündə metr gəzdirib ölçməlidir ki, 150 metr harda qurtarır?
 Hər gün orda yüzlərlə maşın dayanır. Sürücülər Ermənistan yox, Azərbaycan vətəndaşlarıdır. Niyə süni və ya dolaşıq şərait yaradıb onsuz da tıxaclarda yandırmağa benzin tapmayan sürücüləri cərimələyib ziyana salırsınız, bununla da guya dövlətə xidmət edirsiniz??? İndi mənim günahım nədir ki, Ulu Öndərin portretinə görə cərimə də ödəməliyəm.
 Çox istərdim DİN-nin Mətbuat Xidmətinin rəhbərliyi, şəxsən fəaliyyətinə böyük önəm verdiyimiz cənab polkovnik-leytenant Elşad Hacıyev buradakı o nişanın funksiyasına aydınlıq gətirilməsi üçün müvafiq quruma məlumat versin. Ya 150 metr harda qurtarır ora iri bir mıx çalsınlar ki, sürücülər qadağan sərhədini bilsinlər, ya da bu cür əməllərə o cərimə yazanlar özləri könül verməsinlər.
Bir azdan həmin ərazinin fotosunu da təqdim edəcəyəm. Və metr götürüb gedirəm cərimələndiyim əraziyə...
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN