Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə tarixi Sərıncam imzalayıb... Sərəncamda deyilir ki, "1. Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görsün...".
XXX 
Xatırladıram ki, ilyarım əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi Salyanda inşaa olunmuş suyun duzsuzlaşdırılması kompleksinə mediatur təşkil etmişdi. Orada dəniz suyunun duzsuzlaşdırılaraq içməli su halına gətirilməsinin şəxsən şahidiyəm. Daha doğrusu, həmin sudan mən də içdim və suyun duzsuzlaşdırılmasının son nəticəsini şəxsən gördüm. Yaponiya texnoloqlarının hazırladığı və ərsəyə gətirdiyi bu kompleks qeyri-adiliyi ilə diqqəti çəkirdi...
XXX 
Bəli, Prezidentin bu günkü Sərəncamı bu vacib işin daha yüksək səviyyədə icrasına dövlət dəstəyi kimi unikaldır. Pilot Layihənin icrası  ölkəmizdə içməli suya olan tələbatın ödənilməsində dönüş nöqtəsi ola bilər.
Bununla yanaşı, belə bir maraqlı təklif də ağlıma gəldi: Xəzərin suyu ən çox duzlu su kateqoriyasına aiddir. Təbii ki, belə duzlu və dənizdə neftçıxarma əməliyyatlarından çirklənən sudur. Belə suyun içməli hala gətirilməsi böyük xərc tələb edir. Onu da xatırladım ki, dəniz suyunun duzsuzlaşdırılmasına fiziki proseslərlə nail olunur, bu isə o deməkdir ki, suyun kimyəvi tərkibi ideal içməli su əldə etməyə imkan vermir. Çünki ortada kimyəvi proses yoxdur...
Nəhayət, bəllidir ki, Xəzər hövzəsi Azərbaycana aid coğrafi ərazidə əsasən Kür və Araz çaylarının sayəsində formalaşır. Bəlkə Xəzərin duzlu, kimyəvi tərkibli suyunun duzlaşdırılmasına külli miqdarda xərc çəkməkdənsə, elə Araz və Kür çaylarının suyundan əlavə olaraq içməli su hasil etmək üçün fərqli pilot layihələrə üstünlük verilsin?!
Təklif subyektiv qənaətə köklənir...
A.Məmmədli
96be57d5-2de4-48f0-8f4b-fe68d93d2b9f
80214278-866a-4145-a45b-a2e4dc4ae815
0e6890d7-26fc-4697-a44a-6578a1439a85
aa56f4f3-7bea-474a-b092-52b62e4bb38e
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN