Neçə vaxtdır Prezident Sərəncamı ilə büdcədən ayrılan vəsaitlər hesabına jurnalistlər üçün tikilən 3-cü bina mübahisə və müzakirə mövzusudur...

Evsiz və kirayədə qalan jurnalistlər haqlı olaraq iddia edirlər ki, Prezidentin məlum Sərəncamı müzakirə mövzusu olmamalı, həmin binadakı mənzillər əvvəlkilər kimi kimə gəldi yox, peşəkar jurnalistlərə məhz səmərəli peşə fəaliyyətinə görə verilməlidir. Çünki bu mənzillər Prezidentin jurnalistlərə hədiyyəsidir və hədiyyədən dı dəxli olmayanlara pay verilə bilməz!

 Bir qism şəxslər də deyirlər ki, jurnalistlərə niyə güzəşt olunmalıdır və s.
İndi mən də sual edirəm: Niyə hakimlərin, alimlərin, müəllimlərin, deputatların, prokurorların, PA məmurlarının... adına tikilən mənzillər özlərinə verilir, jurnalistlərin adına tikilən isə yox?! Niyə Əli Həsənovdan ev alan media kapitanları, media generalları... peşəkar həmkarlarının (özü-özünə jurnalist deyənlərdən söhbət getmir) səsinə və harayına səs vermirlər??? Yeni tərkibli Mətbuat Şurasından səs və hay eşidilməlidir...

Güman edirəm, haqq öz yerini tapar, jurnalistlərin adına tikilmiş mənzillər də ədalətli bölgü ilə səmərəli və peşəkar fəaliyyəti olan jurnalistlərə verilər, mübahisələr də bununla bitər...

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN