Zəmanəsinin böyük ədəbi dühası Viktor Hüqo yazırdı ki, Yer üzündə uşaq qığıltısı qədər təntənəli himn yoxdur. İstənilən cəmiyyətdə uşaq ailə üçün sevinc və xoşbəxtlik simvolu sayılıb. Cəmiyyətin sağlam özəyi, gələcəyi, köməyə ehtiyac duyan kövrək zümrəsi olan uşaqlar insan həyatının mənası, ailənin sevinci, ən böyük zinəti, dəyərli sərvətidir. Bu gün isti ocaqda yetişən, boya-başa çatan körpələr sabah cəmiyyətin simasını müəyyən edəcək, dövlətin gələcəyinə görə məsuliyyət daşıyacaqlar.

Uşaqlıq və gənclik illəri insan həyatının ən rəngarəng, yaddaqalan, xoşbəxt çağlarıdır. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fıziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Təsadüfi deyildir ki, müasir dövrdə hər bir dövlət cəmiyyətin həssas zümrəsi kimi tarixən yüksək nəvazişlə əhatə olunan uşaq və gənclərin sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.

isaxan-veliyev

Mövzu ilə bağlı Tezadlar.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev bildirdi ki, insan hüquq və azadlıqlarının təminatı sahəsində inqilabi yeniliklərlə yadda qalmış XX əsrdə uşaqlara qayğının artırılmasına, onların üzləşdikləri problemlərin həllinə xidmət edən bir sıra mühüm konvensiya və sazişlər imzalanmışdır: “Eyni zamanda BMT və digər təşkilatların yuristikası ilə qəbul edilən bir sıra beynəlxalq saziş və paktlarda uşaq hüquqları ilə bağlı konkret müddəalar əksini tapmışdır. Ümumi olaraq bu sırada 1924-cü il tarixli "Uşaq hüquqları haqqında Cenevrə Bəyannaməsi"ni, 1948-ci il tarixli "Ümumdünya insan hüquqları Bəyannaməsi"ni, 1959-cu il tarixli "Uşaq hüquqları Bəyannaməsi"ni, 1989-cu il tarixli "Uşaq hüquqlarına dair Beynəlxalq Konvensiya"nı, 1999-cu il tarixli "Uşaq əməyinin ən pis formasına dair 182-ci Konvensiya"nı, 2000-ci il tarixli "Silahlı münaqişələrlə bağlı uşaqların hüquqları haqqında Konvensiyanın Protokolu"nu və s. sənədləri xüsusi qeyd etmək olar.

Xüsusi vurğulamaq lazımdır ki, BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər il iyun ayının 1-i beynəlxalq səviyyədə Uşaqların Müdafıəsi Günü kimi qeyd olunur. Məhz həmin gün təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş və orada 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafıəsi Günü elan edilməsinə qərar verilmişdir.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş qeyd edilir. Bu əlamətdar gündə, ilk növbədə, uşaqların dinc yaşamaq, təhsil, sağlamlıq, istirahət, əyləncə hüququ, habelə fıziki və psixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları böyüklərin diqqətinə çatdırılır.

Uşaq hüquqlarının müdafıəsi, onların normal sosial-mənəvi mühitin hökm sürdüyü cəmiyyətə layiqli insan kimi yetişmələri, zəruri ehtiyaclarının dolğun şəkildə ödənilməsi son 28 ildə Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Xatırlatmaq yerinə düşər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdəki ictimai-siyasi kataklizmlər, xaos və anarxiya mühiti, iqtisadi-mənəvi böhran uşaqların sağlam böyümələrinə, qidalanmalarına, normal təhsil, bilik almalarına ciddi maneələr yaratmış, onları psixoloji-mənəvi sarsıntılara məruz qoymuşdur. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin həssas zümrəsi sayılan uşaqlar da tədricən hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar”.

heydar-aliyev-ushaqlar

İ.Vəliyev qeyd etdi ki, 1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilmiş, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur: “1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə isə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbulu uşaqların sosial müdafıəsinin gücləndirilməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, respublikamızda uşaq hüquqları sahəsində dövlət siyasətinin əsas istiqamətləri uşaq hüquqlarının etibarlı təmin edilməsindən, uşaqların sağlam mühitdə tərbiyə olunması və yaşayışı üçün normal şəraitin yaradılmasından, valideyn himayəsindən məhrum olan körpələrin 18 yaşınadək dövlət himayəsinə götürülməsindəıı və s. ibarətdir.

Ulu öndər Heydər Əliyevin əzmkar səyləri ilə Azərbaycan həmin illərdə uşaq və gənclərin hüquqlarının etibarlı müdafıəsi, habelə onların fıziki və mənəvi tərbiyəsinin təşkili sahəsində böyük nailiyyətlərə imza atmışdır. Ümummilli lider uşaqların milli ruhda, azərbaycançılıq məfkurəsi əsasında tərbiyə almalarını son dərəcə vacib saymış, dekabrın 11-də - Uşaqların Beynəlxalq Televiziya Günü münasibətilə Azərbaycan Televiziyasının təşkil etdiyi mərasimlərdə iştirak etmiş, uşaqlara sevgi və xüsusi nəvaziş göstərmişdir.

Həmin dövrdə uşaq və gənclərin cəmiyyət üçün kamil şəxsiyyət kimi formalaşmaları və istedadlarını realizə etmələri naminə həyata keçirilən tədbirləri də xüsusi qeyd etmək lazımdır. Böyük strateq körpə və yeniyetmələrin ana dili ilə yanaşı, digər dilləri də öyrənmələrini, milli-mənəvi dəyər və əxlaq normalarına riayət etmələrini, vətənpərvər olmalarını, zərərli vərdişlərdən uzaq durmalarını çıxışlarında daim önə çəkirdi. Azərbaycanın ciddi iqtisadi problemlərinin olduğu bir dönəmdə ulu öndər Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli "Azərbaycanın gənc istedadlarına dovlət qayğısı haqqında" fərmanı isə istedadlı uşaq və gənclərə sosial qayğı istiqamətində mühüm addım olmuşdur.

Fərmanda elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyəti vurğulanır, istedadlı uşaq və gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsinin, habelə onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə dovlət qayğısının zəruriliyi önə çəkilirdi. Fərmanda Azərbaycanın gənc istedadlarının "Qızıl Kitab"ının təsis edilməsi, onların adlarının həmin kitaba yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yazılması məsələləri əksini tapmışdı. Eyni zamanda, sənəddə Azərbaycan Respublikası Prezidenti yanında "Gənc İstedadlar Fondu"nun təsis edilməsi, habelə "Qızıl Kitab"a adları yazılmış gənc istedadlara xususi təqaudün verilməsi də nəzərdə tutulmuşdu.

ilham-aliyev-gencler-2

Yüksək insanpərvərlik və humanizm prinsiplərinə əsaslanan bu siyasət son 18 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, yalnız savadlı, bilikli, intellektual səviyyəli, habelə milli-mənəvi dəyərlər ruhunda yetişən, ictimai həyatda fəal uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilərlər. Təsadüfı deyildir ki, ötən illərdə ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların fıravan həyat səviyyəsinin, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının yüksək səviyyədə təmini istiqamətində ardıcıl siyasət həyata keçirilir. Uşaqların əsrlərin sınağından çıxmış zəngin milli-mənəvi dəyərlər, adət-ənənələr əsasında, vətənpərvər ruhda tərbiyəsi, cəmiyyətdə layiqli şəxsiyyət kimi formalaşmaları bu siyasətin başlıca qayəsini təşkil edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev uşaq hüquqları sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, qarşıda duran təxirəsalınmaz vəzifələrin düzgün və operativ həlli üçün hələ 2006-cı il 6 fevral tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamaqla, ailə və uşaqları cəmiyyətin əsas özəyi, sağlam təməli kimi dəyərləndirdiyini nümayiş etdirmişdir”.

Professor İ.Vəliyev bildirdi ki, uşaq və yeniyetmələrin fıziki-mənəvi sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən siyasətin ən parlaq ifadəsi Azərbaycan Prezidentinin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin respublikamızda "Uşaq ili" elan edilməsidir: “Bu addım, ilk növbədə, ölkədə uşaq hüquqları sahəsində həyata keçirilən siyasətin məqsədyönlü və ardıcıl xarakter daşıdığını nümayiş etdirmişdir. Cənab İlham Əliyevin 2009-cu il 18 fevral tarixdə təsdiqlədiyi "2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı əsasında azərbaycanlı uşaqlar haqqında məlumat bankı və internet saytı, habelə xüsusi portal yaradılmışdır. Tədbirlər Planı çərçivəsində Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsi, "Şərq-Qərb" beynəlxalq uşaq rəqs festivalı keçirilmiş, BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası ilə bağlı maarifləndirmə işi gücləndirilmişdir.

 ushaq-ve-genc-mehriban-aliyeva

Sözügedən proqramın reallaşdırılması yönümündə həyata keçirilən tədbirlərin ən mühümü isə 2009-cu il oktyabrm 22-də Bakıda Azərbaycanda "Uşaq ili"nə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş Azərbaycanda uşaqların müdafıəsi islahatı üzrə milli konfrans olmuşdur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfıri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tədbirdəki dərin məzmunlu nitqində ölkədə uşaq problemlərindən söz açmış, humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan körpələrə qayğınm vacibliyini xüsusi vurğulamışdır. "Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir" - deyən Azərbaycanın birinci xanımı vurğulamışdır ki, valideyn himayəsindən məhrum olmuş uşaqların gələcək taleyinə görə dövlət orqanları ilə yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri də mənəvi məsuliyyət daşıyırlar”.

İ.Vəliyevin sözlərinə görə, sevindirici məqam, həm də uşaq və gənclərə qayğı sahəsində dövlət siyasətinin ardıcıl mahiyyət daşımasıdır: “Ölkənin gələcəyini respublikamızm zəngin təbii sərvətləri ilə deyil, güclü insan kapitalı ilə bağlayan cənab İlham Əliyev məktəbəqədər təhsil müəssisələrində, sonrakı mərhələdə isə ümumtəhsil məktəblərində uşaqlara lazımi bilik və vərdişlərin aşılanmasını, onların cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişdirilməsini vacib sayır.

Bütün bunlar onu deməyə əsas verir ki, dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi uşaq və gənclər siyasətinin əsasında bir ali məqsəd dayanır: ölkənin gələcəyi olan uşaq və gəncləri istər fiziki, istər mənəvi-intellektual baxımdan sağlam görmək, milli genefondun saflığını təmin etmək. Bu xoşməramlı məqsəd ölkə vətəndaşları tərəfindən də alqışlanır, böyük rəğbətlə qarşılanır. Əminliklə demək olar ki, ölkəmizin iqtisadi imkanları artdıqca uşaq və gənclərin fıziki və mənəvi sağlamlığı yönümündə həyata keçirilən tədbirlər daha da geniş vüsət alacaq”.

E.ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.19.)

media

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN