...Birinci Qarabağ müharibəsini müvəqqətu uduzmuşduq... Lakin bu haqq uğrunda məğlubiyyət idi, rüsvayçı bir məğlubiyyət, təslimçilik deyildi.

Bu sümüyü polada çevirən bir məğlubiyyət, mübarizə aparan, döyüşən, vuruşan, şəhid olmağı bacaran bir ulu, məğrur, döyüşkən xalqın məğlubiyyəti idi. Müdriklərdən biri demişdir ki, elə məğlubiyyətlər var ki, öz şərəf və şöhrətinə görə ən parlaq qələbələrdən də geri qalmır. Bizim bu məğlubiyyətimiz kimi. Bu məğlubiyyətimiz  Allaha da xoş getməyən, Allahın da qəbul etmədiyi bir məğlubiyyət:-xeyirin şərə, ağın qaraya, haqqın nahaqqa, humanizmin vəhşiliyə məğlubiyyəti  idi.   Əlbəttə, haqq uğrunda məğlubiyyət  haqsız qələbədən yaxşıdır. Biz bir xalq olaraq bu məğlubiyyətimizi məğlubiyyət saymadıq. Çünki kişinin uduzmağı hələ onun məğlubiyyəti deyildir. O, yalnız təslim olanda məğlubiyyətə uğrayır. 

Qələbənin min atası var, məğlubiyyət isə yetimdir,-deyiblər. Bizim bu yetim məğlubiyyətimiz xalqımızda ümidsizlik, nagümanlıq doğurmadı. Ümidsizliyə, nagümanlığa qapılıb mübarizəmizdən əl çəkmədik, çünki ümidini itirməyən xalq son nəfəsində qalib gəlir.

 Əksinə, amansız döyüşlərdə qanımız tökülə-tökülə apardığımız bir mübarizədə aldığımız bu  məğlubiyyət  bizim həyat müəllimimiz, zəngin təcrübəmiz, gələcək şanlı qələbəyə aparan yolumuzun pilləsi, başlanğıcı oldu.

Bu bəzən belə olur, qələbə qalib tərəfdə rahatlıq, arxayınçılıq, məğlubiyyət isə məğlub tərəfdə qisasçılıq, düşmənə nifrət və mübarizlik hissi yaradır.

"Kəlilə və Dimnə" əsərində oxuyuruq: "Düşmənin zor və qüvvəsinin dərəcəsi, hiylə və tədbirlərinin əndazəsi ağıllı adamın gözündən qaçmamaldır!"

Bilməliyik ki, səbəbsiz, dəlil-sübutsuz, bəhanəli düşmənçilik uzun sürür. Artıq 200 ildən çoxdur ki, ürəyiyumşaqlıq edib qucaq açıb, əl tutub, bəzən ocağımızın başına da keçirdiyimiz, öz qədim tarixi ata-baba torpaqlarımızda yer verdiyimiz, dövlət yaratmaqlarına kömək etdiyimiz ürəyiqurdlu ermənilər bizimlə düşmənçilik edirlər. Səbəbsiz, dəlil-sübutsuz, bəhanəli düşmənçilik!

Bizsə dəfələrlə başımız daşdan-daşa dəysə də bu düşmənçiliyi unudaraq onu dostluğa çevirmişik. Illər boyu bu elədikləri işlərə görə əsla peşmançılıq çəkməyən, tövbə etməyən bir düşməni dosta döndərməyimiz elə bizim bədbəxtliyimiz olmuşdur.

Ürəyində ədavət və kin saxlamayan xalqımıza qarşı qəlbləri ədavət və nifrətlə dolu olan, əsrlər boyu bizə qarşı kin-küdurət bəsləyən bu ermənilərin istəkləri, bəhanələri-düşmənçiliklərinin kökü isə ədalətsiz torpaq iddialarıdır!

Torpaqdır, torpaq! Anadan da müqəddəs, anadan da əziz, anadan da qiymətli olan Vətən torpaqı!!! Torpaqdan pay olurmu?

Böyük şairimiz Cabir Novruz demişkən:

Bilir ərlər, ərənlər,

Vətənə tay olmayır!

Ömürdən pay verərlər,

Torpaqdan pay olmayır!

Azadlıq göydən düşmür, ana axtarılıb tapılmır, torpaqdan-Vətəndən pay olmur.  Amma bilək ki, azadlıq sözünün özü şirin deyil, azadlığın özü şirindir. Ana sözünün özü şirin deyil, ananın özü şirindir. Vətən sözünün özü şirin deyil, Vətənin özü şirindir.

Azadlığın, ananın və Vətənin özünün nə qədər şirin olduğunu fədakarlıqlarının, qəhrəmanlıqlarının meyarı olmayan ata-babalarımız əsrlər boyu cahana sübut etmişlər. Onlar azadlığı da, ananı da, Vətəni də canları, qanları ilə qorumuşlar, yolunda canlarından keçmişlər.

 Illər boyu üzdə dost cildinə girmiş, arxada düşməniçiliyni məkrlə davam etdirən erməniləri düşmən kimi çox kiçik görürdük. Bu məhrəm "dost"umuz bizim bütün sirlərimizi bilirdi. Ilan sancmağını tərgitmədiyi kimi bu yastıbaşlar da üzdə bir, gizlində bir dona girib hiyləgərliklə səbəbsiz düşmənçiliklərini şaxələndirirdilər. Əbəs yerə demirlər ki, elə ki, düşmən dost yerini tutdu, ondan törəyəcək fəlakətin qarşısını heç nə ala bilməz.

Bizsə, tarixi səhvlərimizdən nəticə çıxarmayaraq onları əfv etmişdik, adlarını, əməllərini yaddan çıxarmışdıq, necə deyərlər, itlə yenidən dostluq etmişdik, ancaq çomağımızı yerə qoymuşduq, tamam arxayınlaşmışdıq.

Məğlubiyyətimizin kökündə də elə ilk olaraq amansız düşmənə qarşı biganəliyimiz, unutqanlığımız və laqeydliyimiz dururdu.

Böyük alimimiz Xudu Məmmədov deyirdi: "Dünyanın yeddi möcüsəsi var. Səkkizinci möcüzə isə Azərbaycan xalqının öz tarixinə olan unutqanlığıdır!"

1988-ci ilin fevral ayından ermənilərin Azərbaycana qarşı yenidən ortalığa atdıqları torpaq iddiası xalqımızı yeni sınaq qarşısında qoydu, tariximizin yeni qanlı səhifəsi açıldı. "Böyük  Ermənistan" xülyası ilə yaşayan düşmən Qarabağımızda  ədalətsiz bir müharibənin toxumunu səpdi. Odlar yurdunun babalarımızın ruhu, əl nişanələri yaşayan kəndləri, şəhərləri yenidən oda qalandı... Düşmənin və onun güclü havadarlarının qarşısında təkləndik, böyük güclərə qarşı təkbaşına döyüşdük, vuruşduq, fəqət, duruş gətirə bilmədik...

Beş il gecəli-gündüzlü döyüşdük. Biz zəif deyildik, düşmən hərtərəfli güclü idi. Ən böyük gücləri isə havadarları idi.  Buna baxmayaraq  biz torpaqlarımızın hər qarışı uğrunda  qan tökdük, qurbanlar verdik, nə fayda, Qarabağı, Şərqi Zəngəzuru itirdik. Torpaqlarımızı itirdik, amma, o yerləri ürəyimizdə itirmədik, qəlbimizdən silmədik.

qarabax

Atalar sözüdür: "Yurdundan ayrılan yeddi il ağlar!"

Yeddi il nədir ki, biz 27 il yurd üçün ağladıq, sızladıq, göynədik. Bu 27 ildə Vətən həsrətinin, yurd müsibətinin, el-oba dərdinin önündə əyildik, xiffətinin kədərinin, qəminin zülmü qarşısında qatlandıq, amma sınmadıq!

 Düz, 27 il qəlbimiz Qarabağla, ürəyimiz Şərqi Zəngəzurla döyündü.  Düşmən görüb sevinməsin deyə gözlərimizin  yaşını gilə-gilə içimizə axıtdıq. 

Şükürlər ki, Allahımız bizə dözüm və iradə,  əzm və qərar verdi. Istənilən maneəni dəf etmək, çətinliklərin bənd-bərəsini keçmək üçün isə elə bunlar lazımdır.

Birinci Qarabağ savaşındakı məğlubiyyətimiz bizi əsla gücdən salmamışdı. Artıq kimlə yox, kimlərlə döyüşəcəyimizi bilirdik. Düzdür, bəzi məqamlarda biz özümüz yıxılmışdıq. Amma, özü yıxılan ağlamaz-deyiblər.

Kişi yıxıldığı yerdən də qalxar. Bizim yıxıldığımız yer Qarabağ idi. Qarabağda da ayağa qalxmalı idik. Bir zamanlar yazmışdım:

Kişi yıxıldığı yerdən də qalxar,

Yetər ay kişilər, qalxmaq vaxtıdır!

Bil ki, yıxıldığın yer Qarabağdır,

Qorxunc bir dəniz tək qalxmaq vaxtıdır!

Ötən 27 ildə gələcəyə ümidlərlə baxaraq yaralarımızı sağaltdıq, nəfəsimizi dərdik. Qəddimizi düzəldib dikəldik. Vaxtın qədrini bildik. Vaxtla birlikdə irəlilədik. Zaman bizi dəyişdi, təkmilləşdirdi. Ötən hər günün, ayın verdiyi fürsətdən yararlandıq, vaxt ötdükcə bir sıra dərdlərimiz də aradan qalxdı. Qüdrətli dövlət qurduq, məğlubedilməz ordu yaratdıq, xalq-dövlət birliyinə nail olduq. Zamanı, məqamı və fürsəti gözlədik.

27 sentyabr 2020-ci il. Artıq boşa verə bilməyəcəyimiz, gözlədiyimiz o zaman, münasib məqam və fövtə verilməyəcək fürsət!

27 sentyabr 2020-ci il. Azərbaycan Respublikasının son 20 illik tarixi dövründə onun prezidenti kimi Vətəninə və xalqına ləyaqətlə, şərəflə xidmət edən, arzuları, istəkləri, amalları, əməlləri, bütövlükdə varlığı Azərbaycan adlı bir Vətənin ümumi məcmusu olan, müdrikliyi, ağlı ilə dünyanı idarə edə biləcək bir insan kimi yüz ölçüb bir biçən, müstəqil düşünən, müstəqil qərarlar verən, Ali Baş Komandan Ilham Əliyev tərəddüd etmədən, heç bir təhdid və hədələrdən çəkinmədən xalqın ürəyindən keçən bir qərarı verdi:

- "Irəli!"

Bu təkcə ölkə prezidentinin, Ali Baş Komandanın əmri deyildi. Bu Vətənin əmri idi, bu xalqın əmri idi. Bu haqq-ədalətin əmri idi! Bu Allahın əmri idi.

"Qanı su ilə yuyarlar"-deyiblər. 30 il ərzində bəşəriyyətin, insanlığın üz qarası, utanc yeri olan ermənilərin günahı yalnız türk olmağı olan xalqımıza qarşı törətdiyi sözlə ifadə etmək mümkün olmayan vəhşiliklərini, tökülən günahsız qanlarımızı su ilə yox, ancaq qanla yumaq lazım idi. 30 ildə qanı hələ də, qurumayan, qaysaq tutmayan bütün yaralarımıza təkcə bu məlhəm, dərdlərimizə isə  təskinlik ola bilərdi.

Əzizim Ordubada,

Yol gedir Ordubada,

Sərkərdə igid olsa,

Heç verməz ordu bada!

Illərdir düşmənə qarşı olan dəhşətli hiddətini, sonsuz qəzəb və nifrətini, tükənməz qisasçılıq duyğusunu içində cilovlayıb saxlayan Azərbaycan əsgərinə indi hünər və qəhrəmanlıq meydanı verildi. Ali Baş Komandanın, Vətənin, xalqın, haqq-ədalətn və Allahın əmrini  Azərbaycan əsgəri can-başla yerinə yetirdi.

Müharibələr tarixinə nəzər salsaq 44 günlük Vətən Mührabəsini vaxt-zaman etibarilə bir göz qırpımı adlandıra bilərik.

 Bütün ruhu Azərbaycan əsgəri ilə döyünən, düşməni müdafiəyə qalxmış haqsız dünya qarşı sinəsini sipər edən sərkərdəmiz düşmənin başına od yağdıran, onu rəzil vəziyyətə salan, hər gün qazandığı yeni-yeni qələbələrlə Vətənin yaralı ruhuna sığal çəkən, xalqın faciələrinin dərdini ovunduran hər bir döyüşçümüzün arxasında dağ kimi durmuşdu.

27 ildə amansız müharibənin bütün məşəqqətlərini görən, onun məhrumiyyətlərinin içərisində sıxılsa da qürurunu qoruyan, ehtyacın quluna çevrilmədən yaşayan xalqımızın bir şeydən aclığı, tamarzılığı vardı. O də, Zəfər aclığı,  Qələbə tamarzılığı idi.

Hünərlərinin, qəhrəmanlıq və fədakarlıqlarının, cəsarət və şücaətlərinin qarşısında məğrur dağların da alçaldığı Azərbaycan əsgəri 44 gün ərzində düşməni darmadağın etdi. Rəşadətli ordumuz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında insanlıq, ədalət hissini itirmiş düşməni rüsvayçı məğlubiyyətə uğratdı. Ordumuz düşmənin 27 ildə torpaqlamızda çəkdikləri ləzzəti onların burnundan tökdü və "Quran oxumaqla donuz darından çıxmaz!"-fikrini bir daha təsdiqləçdi.

44 günlük Vətən müharibəsində şanlı ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarını işğaldan, murdar nəfəsdən azad etdi. Düşmən üzərində zəfər çalındı. Azərbaycan əsgərlərinin bu igidlikləri dilimizdə nağıllaşdı, dastanlaşdı, nəğmələşdi. Dillərdə şeirə, bayatıya döndü:

Bir dillən sədan alım,

Bazardan badam alım,

Şuşanı alan oğlan,

Mən sənin qadan alım.

Dilimizdəki, lüğətimizdəki Azərbaycan, Ana, Vətən, torpaq, doğma yurd, doğma ocaq, azadlıq, istiqlaliyyət və müstəqillik kimi sözlərin və məfhumların şirinliyində olmasa da, onlara yaxın düşə biləcək bir söz də var:-QƏLƏBƏ!

Söz meydanında qələbə olur,  zor meydanında da!  Siyasət meydanında da qələbə olur, savaş  meydanında da!

Məncə, ən böyük qələbə, ən şirin qələbə savaş meydanındakı QƏLƏBƏDIR!

Bu gün təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük sevinclə, fərəhlə və qürurla qeyd etdiyi, ötəcək illərin, zamanın şirinliyindən bir damcı da olsa qopara bilməyəcəyi 8 noyabr QƏLƏBƏSI  bax belə bir qələbədir!

Minlərlə Vətən oğlunun şirin həyatı, bütöv bir xalqın gecəli-gündüzlü rahatsızlığı, fədakar əməyi və qəhrəmanlığı hesabına başa gələn ermənizm üzərində QƏLƏBƏ!

 Bu xeyirin şər üzərində, ağın qara üzərində, haqqın nahaqq üzərində, ədalətin ədalətsizlik üzərində, insanlığın vəhşilik üzərindəki qələbəsidir!

Və həm də vüsalın həsrət üzərində qələbəsidir.

Həsrət nəyin həsrəti olursa olsun, ağırdır. Ən ağırı isə Vətən həsrətiditr.

Vüsal nəyin vüsalı olursa olsun şirindir. Ən şirini Vətənin vüsalıdır.

Xalqımızın 27 illik həsrətinə son qoyan, xalqımızı 27 ildir gözlədiyi vüsala qovuşduran, Azərbaycana zəfər bəxş edən, utanclıq tülünü vətənimizin başının üstündən götürüb atan, mənliyimizi, qeyrətimizi, şərəf və ləyaqətimizi özümüzə qaytaran  müzəffər Ali Baş Komandanımıza, məğlubedilməz rəşadətli ordumuza əhsən!

Məqamıdır deyim ki, Zəfər və Qələbə sözləri də şirin deyil! Zəfər və Qələbənin özü şirindir! Təkcə kədərin və faciənin, həsrətin göz yaşları olmur. Qələbənin də göz yaşları olur.  Çünki, qələbə sevincini əvəz edəcək bir sevinc yoxdur.

Gözləriniz zəfərimizin, vüsalımızın şirinliyindən doğan yaşlar ilə dolsun!

Bax, bu yaşları Tanrı gözlərimizdən əsirgəməsin!

Gözlərimizin zəfər yaşları qurumasın!!!

Zəfərin mübarək, Azərbaycanım!!!

 *** 

Zəfərin mübarək, Azərbaycanım!

 Bu gün hardan doğdu, bilmədim vallah,

Haqqa, ədalətə yar oldu Allah!

Qisassız qalmadı nə fəryad, nə ah,

Itmədi, ölmədi ümid, gümanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Murdarlar yurdundan qaçıb əkildi,

Qara buludların göydən çəkildi,

Hər qarış torpağa şəhid əkildi,

Qeyrət cücərdəcək tökülən qanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Azaddır Xankəndim, Şuşam, Laçınım,

Bol sulu Həkərim, coşqun Xaçınım,

Qırxqız fəzasında süzür laçınım,

Ruhun şad oldumu məzarda Xanım?

Zəfərin mübarək, Azərbaycanım!

 

Xocalım Ağdamla qucaqlaşıbdır,

Sevincdən Qarqarın suyu daşıbdır,

Füzuli, Cəbrayıl qoşalaşıbdır,

Arazdan boylanır bu yan, o yanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Ağdərə,Kəlbəcər tutub əl-ələ,

Xoş günlər görəcək bu gündən belə,

Əsgəran, Xocavənd  dönəcək gülə,

Qarabağ olacaq  dinim, imanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Vüsal gəlməz oldu, həsrət amansız,

Nə qədər yaşadıq Allah gümansız,

Şuşanın dağları başı dumansız,

Sevin ay Qubadlım, gül Zəngilanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Sevinir torpağın, qayan, daşın da,

Igidlər qıy vurur dağlar başında,

Nə qədər bəlalar varmış başında?

Yolunda od tutub alışıb yanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Illər boyu dərd becərdim, dərd dərdim,

Indən belə nə kədərim, nə dərdim?!

Qurtuldu şəhərim, qurtuldu kəndim,

Ölmüşdüm,  təzədən dirildi canım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Vətən, yaraların sağaldı, şükür!

Igidlər yağıdan bac aldı, şükür!

Düşmən önümüzdə alçaldı, şükür!

Şəhidin şöhrətim, şəhidin şanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Alnının qırışı açıldı,Vətən!

Bağlanmış taleyin açıldı, Vətən!

Zülmətə işıqlar saçıldı, Vətən!

Damarda de necə coşmasın qanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Sənin vətəndaşın olmağa dəyər,

Yurdun qara daşı olmağa dəyər,

Qələbən önündə dünya baş əyər,

Sevincə qərq olub ötən hər anım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Qan qanla yuyuldu, kişilik budu,

Ərən oğulların səni qorudu,

Ölməz şəhidlərin qəlbinin odu,

Belə oğullardır gücüm, hayanım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Odlar diyarısan, adına qurban,

Bir ömür nədir ki, yurduna qurban,

Hayın başın əzən orduna qurban,

Varlığımsan, nə gizlədim, nə danım?

Zəfərin mübarək, Azərbaycanım!

 

Tanrının payısan, ay gözəl diyar,

Qartal oylağında uçarmı heç sar?!

Dünyanı mat edən bir sərkərdən var,

Odur ümid yerim, odur  inamım!

Zəfərin mübarək, Azərbaycanım!

 

Bu tay bütövləşdi, bu taya qurban!

Qaldı o tay dərdi, o taya qurban!

Gələcək bir ay ki, o aya qurban!

Taylar birləşəcək, gəlir zamanım!

Zəfərin mübarək, Azərbaycanım!

Zəfərin mübarək, Azərbaycanım!

Baхşеyiş ABBASОĞLU,

Əməkdar jurnalist

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN