Quranı yandıran Qərb İslam Dünyasına meydan oxuyur?
Ötən ay Danimarka parlamenti ictimai yerlərdə Quranın yandırılamsını qadağan edən qərar çıxardı. Səsvermədə iştirak edən 179 deputatdan 94 qərarın lehinə, 77-si isə əleyhinə səs verdi. Gördüyünüz kimi, Danimarkada parlament səviyyəsində belə Quranın ictimai yerdə yandırılmasına müsbət baxanlar, bunu təqdir edənlər kifayət qədər çoxdur və təəssüf doğurur. Ancaq yeni qanuna Danimarka kraliçası imza atdıqdan sonra rəsmən qüvvəyə minəcək. Həmin qanuna əsasən Quranı yandıranlar cərimə olunacaqlar. Hətta onların 2 il müddətinə azadlıqdan məhrum edilməsi də mümkündür. Ötəri də olsa qeyd edim ki, Finlandiyada da belə bir qanun mövcuddur. Ona görə də son vaxtlarda Finlandiyada Qurnanın yandırlması faktı qeydə alınmayıb...
Danimarka və İsveç vətəndaşı olan “Stram Kurs” (Sərt kurs) partiyasının sədri Rasmus Paludan özü şəxsən dəfələrlə 2019, 2020 və 2022-ci illərdə Quranı yandırıb. İslam peyğəmbəri həzrəti Məhəmmədin karikaturasın nümayiş etdirib. Onun rəhbərlik etdiyi partiya Skandinaviya ölkələrində islamın qadağan edilməsini və Qərb insanına xas olmayan sifətə məxsus insanların hamısının Skandinaviyadan qovulmasını tələb edir. Bu, birmənalı olaraq faşist düşüncəsidir. Nə yazıq ki, Qərbin siyasi elitası arasında Hitlerin davamçıları çoxdur və onların sayı-sanbalı getdikcə artır...
Mən İsveçrədə yaşayıram. Bu məsələ ilə bağlı bəzən belə fikirlər eşidilir ki, xristianlar Quranı yandırır, Məhəmməd peyğəmbəri təhqir edir, müsəlmanlar da İncili yandırsın, İsanı təhqir etsin. Bununla da məsələ bitsin. Belələrinə izah etməyə çalışmışam ki, müsəlmanlar üçün İncil müqəddəs kitabdır, İsa isə peyğəmbərdir. Ona görə də bir müsəlman belə bir iş görə bilməz. O cümlədən müsəlman Tövratı da yandırmaz. Ümumiyyətlə, xalqlar, dini icmalar, sivilizasiyalar arasında düşmənçilik toxumu səpmək yox, xoş münasibətlər üçün körpülər qurmaq lazmdır. Hörmət və ehtiram müfaviq olaraq hörmət və ehtiram doğurur. Nifərt isə qəzəbləri coşdurur və bəşəri şüursuz və məntiqsiz davranışlara sürükləyir...
Bir şeyi də deyim. Öz iyrənc əməllərinə bəraət qazandırmaq istəyənlər deyirlər ki, Quranı tarixdə ilk dəfə yandıran elə müsəlmanlar olub. İlk baxışda düz deyirlər. Belə ki, Rəşidi xilafətinin üçüncü xəlifəsi Osman ibn Əffan (644–656) Quran mətnlərini bir araya yığdı. Fərqli ardıcıllıqla olan ayələri islam bilicilərinin köməyi ilə nizama saldı. Nəticədə indi də ortada olan Quran yarandı. Yəni bu yandırma islamın birliyini mühafizə etməyə xidmət edib. Məsələn, hazırda xristianlar arasında İncilin müxtəlif versiyaları var. Və hər bir qrup da öz versiyasını doğru sayır. Ancaq Quranın heç bir versiyası yoxdur. Quran vahid şəkildə tərtib olunmuş kitabdır və bu, islama böyük üstünlüklər verir...
Elbəyi Həsənli
Surix