Jurnalist Elnarə Qasımova Abzas Media işi üzrə saxlanılıb.  Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. 

Onun sözlərinə görə, E.Qasımova yanvarın 13-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.  Vəkil qeyd edib ki, E.Qasımova ittihamları qəbul etmir və bunu öz jurnalist fəaliyyəti ilə əlaqələndirir.   Elnarə Qasımova Abzas Media işi üzrə cinayət məsuliyyətinə cəlb edilən altıncı jurnalistdir.

Noyabrın 20-dən dekabrın 14-nə qədər Abzas Media-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, nəşrlə əməkdaşlıq edən fəal Məhəmməd Kekalov, habelə jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalı saxlanılıb. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham ediliblər. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət təqibini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN