Hazırda Bakı şəhərində ən ciddi problemlərdən biri də tıxacların həlledilməzliyidir.

İstər AYNA-nın, istərsə də Dövlət Yol Polisinin səylərinə baxmayaraq bu problem nəinki azalır, əksinə, gündən-günə daha da pisləşir. Hətta paytaxtın «Malakan» parkına, Xəqani bağı ətrafına, Dəmiryolu vağzalı istiqamətinə və s. girişin məhdudlaşdırılması belə, səmərəsiz görünür. Çünki Bakının tıxaca baiskar sayılan nəqliyyatını bir küçəsindən o biri küçəsinə sıxışdırmaq belə, təbii olaraq əhəmiyyətsizdir. Paytaxtın nəqliyyatın hərəkətli yolları kənara genişləndirilməyincə, şəhəri daxilə tikinti bumu ilə yükləmədən azad etməyincə… bu problem düzələn deyil.

 Bir tərəfdən də AYNA-nın parklama və həyətlərin də bu səbəbdən şlaqbaumlaşdırılması siyasətsizliyi problemi getdikcə sərtləşdirir.

Nəhayət, Bakıda yol polisinin hara gəldi «Dayanma-durma»nı qadağan edən yol nişanları ilə bəzəməsi payttaxt sakinlərini ciddi şəkildə süni problemlərlə üz-üzə qoyub. Əməkdaşlarımızın apardığı müşahidələr də bunu təsdiqləyir. Məsələn, məlumdur ki, dünyada olduğu kimi, Bakıda da ticarət və iaşə xidmət sahələrinin girişi küçələrə açılır. Deməli, ən azından küçələrin bu tip meydanlarında, məsələn, aptekə, ticarət və ya digər xidmət sahələrinə girişində məhdudlaşdırılma olmamalıdır. Əgər bu vacibdirsə, onda həmin ticarət və xidmət obyeklərini həmin küçədən köçürsünlər başqa yerə və s.

***

 Əməkdaşlarımız paytaxtın Sabit Orucov küçəsində qəribə mənzərə ilə rastlaşıblar. Yol polisinin xidməti avtomobili daim Sabit Orucovla Yusif Səfərov küçələrinin kəsişməsindəki «Bravo» və apteklərin, mehmanxananın tinində pusqu qurub sürücüləri cərimələmək üçün fürsət gözləyirlər. Hətta əməkdaşlarımızın müşahidə apardığı bir vaxtda məlum olub ki, ərazidə xidmət keçən DYP avtomobili «Bravo»nun qarşısında dayanıb bir neçə dəqiqəliyə bu məşhur ticarət obyektinə daxil olan iki sürücünün avtomobilinə cərimə yazıb aralaşıblar.

 Maraqlıdır ki, küçənin digər ərazilərində də oxşar mənzərədir. Məsələn, «Həyat-Kabab» restoranının qarşısına bu nişan qoyulmur, amma aptekin, «Bravo»nun düz qapısının ağzına «Dayanma-durma» nişanı yerləşdirilib. Təsəvvür edin ki, 60 qəpiklik çörək almaq istəyən şəxs «Bravo»ya daxil olub çıxır, bir də görür ki, ona 20 manat cərimə gəldi. Belə olan surətdə, o cərimə nişanını görənlər bir də «Bravo»ya daxil olarmı? Niyə bu tanınmış ticarət obyekti yol polisinin yersiz qoyulmuş nişanı ilə maddi ziyana düşüb müştərilərini kütləvi itirməlidir? Hansı bu ərazidə minlərlə belə müştərinin olduğu şübhə doğurmur.

 Çox istərdik ki, «Təzadlar»ın əməkdaşlarının apardığı müşahidələr zamanı qeydə aldığı bu nöqsanlar tezliklə aradan qaldırılsın.

day-3

 Yeri gəlmişkən, qeyd edilən ərazidə mehmanxana vardır və buranın xidmətindən xarici qonaqlar da istifadə edir. Mehmanxananın qarşısında bu cür nişanı görən əcnəbi Bakının yol polisi barədə nə düşünər, özünüz təsəvvür edin.

 Eyni mənzərə «AMAY»da yerləşən ASAN-Xidmət-in qarşısında da hökm sürür. Burada xidmətə gələn çoxsaylı müştərilər təbii ki, 6-7 avtomobilə hesablanmış parklama yerində yer tapmadığından başqa yer axtarmalıdır. AMAY-ın dörd tərəfi isə «Dayanma-durma» nişanı ilə doldurulub və dörd tərəfində də kənarda dayanıb sürücüləri izləyən DYP inspektorları növbə çəkir, cərimə yazaraq, sanki plan doldururlar. Yer tapmayanlar isə başqa ASAN Xidmətə getməli olurlar…

Müşahidə apardığımız bir vaxtda onu da gördük ki, DYP əməkdaşları bir neçə dəqiqə ərzində ASAN Xidmət-ə sənəd verib gələn sürücüyə bir göz qırpımında cərimə yazdılar. Sürücü şokda idi, ikiəlli başını tutub deyinə-deyinə yoluna davam etdi…

«Təzadlar»

P.S.Xatırlatma: Bakının iki girişi var- Biləcəri və Salyan şossesi! Deyəsən, belə getsə, Bakının bu iki girişinə də «Giriş qadağandır» nişanı qoyulacaq… Çünki Bakıya gələn, yaxud evindən çıxan sürücü paytaxt küçələrində sərbəst, rahat dayanmağa yer tapmır, hər yer bu nişanlarla, bir də AYNA-nın parklamaları ilə doldurulub. Sanki Bakı sürücülərə icarəyə verilib…

day-2

day-4

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN