“TRT- Azərbaycan” saytının yaydığı məlumatda bildirilir ki, Azərbaycanın tanınmış teleaparıcısı, pisxologiya üzrə fəlsəfə dokdoru, dosent,

"Tale yolları" ilə ürəklərə yol tapan İlham Mirzəyev müəllifi olduģu bu məhşur layihəsini yenidən, amma bu dəfə Türkiyədə həyata keçirməyə start götürüb.

TRT/Azerbaycan saytına eksklüziv müsahibəsində İlham Mirzəyev dedi: "İnstagram", "Telegram", "Facebook" və "Youtube" kanallarımda Azərbaycanın tanınmış insanları ilə olan zəngin arxiv materiallarımı paylaşaraq yarımçıq qalan telelayihəmi Türkiyədən davam etdirəcəyimin müjdəsini verirəm".

Azərbaycan teleməkanında 25 il boyu təqdim etdiyi duyğu dolu müsahibə proqramları ilə tanınan aparıcı tamaşaçıların sevimlisi idi. Psixologiyaya dair bir sıra kitablarin müəllifi olan İlham Mirzəyev həm də sözlərinə mahnilar bəstələnmiş nəğməkar şairdir. Teleaparıcının Azərbaycandakı layihəsinin Türkiyədəki davamı haqqında ölkənin TRT 1, TRT Avaz və bir sıra kanallarında xəbərlər verilib. İlham Mirzəyev sözügedən layihə ilə bağlı bunları da söylədi ki, "Bu dəfə tanınmış Azərbaycan sənətkarları ilə yanaşı, Türkiyə sənət dünyası insanlarını da işıqlandırmaq, iki ölkənin mədəni əlaqələrinə mən də öz töhfəmi vermək istəyirəm. Mədəni bir körpü olacaq bu telelayihə ilə həm də dəyərli elm, sənət və iş dünyası adamları qarşılıqlı olaraq Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə dəvət edəcəyik. Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğıstan, Tatarıstan sənətçiləri də var layihəmizdə. Məqsəd Türk dünyası mədəniyyət incilərini bu coğrafiyalarda qarşılıqlı tanıtmaq və sevdirməkdir".

***

Qeyd edək ki, İlham Mirzəyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Daha sonra Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. 2000-ci ildən həbs olunduğu tarixədək "Space" Müstəqil Teleradio Şirkətində aparıcı kimi fəaliyyət göstərib. İ.Mirzəyev həftədə bir dəfə efirə gedən "Etiraf" verilişinin də aparıcısı olub.  

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edərək deyilənlərin yalan olduğunu bildirirb.

O zaman Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb, daha sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddətini 3 il 6 aya endirib. O, 2016-cı ilin iyun ayında azadlığa buraxılıb. 

Aparıcının həbsindən sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə mətbuata verdiyi açıqlamada İlham Mirzəyevin professor olmadığını söyləmişdi.

“O, psixologiya üzrə elmlər namizədi, psixoloqdur. Onun özünü professor kimi təqdim etməsi yaxşı hal deyil”

Doktor açıqlamasında “Bilirsiniz, ümumən ad, o cümlədən elmi ad şəxsiyyəti ucaltmır, şəxsiyyət adı ucaldır. Əgər hansısa elmi və ya fəxri adı olmayan insan iddia edirsə ki, o, bu adın sahibidir, bu özü-özlüyündə sual doğurur. Sualların ən başlıcası isə odur ki, belə addım atan insan nə məqsəd güdür? Bəlkə yüksək adın kölgəsində gizlənərək cəmiyyətdə nüfuz qazanmaq istəyir? Dəqiq deyə bilmərəm. Amma hər halda telekanalda veriliş hazırlayarkən dəvət etdikləri adam barədə dolğun məlumat əldə etməlidirlər. Əks halda veriliş konkret şəxslərin arzuolunmaz reklamına çevrilir” ,- deyə vurğulamışdı.

 Bu isə İlham Mirzəyevin vikipediya məlumatı:

İlham Mirzəyev  - şair-publisist, tədqiqatçı-psixoloq, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, psixologiya üzrə fəlsəfə doktoru.

İ.Mirzəyev Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə, Sosialogiya və Hüquq institutunun "dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin böyük elmi işçisi, həmin institutunun mətbuat katibi və elmi şuranın üzvü, psixologiya üzrə fəlsəfə doktorudur, dosent, 8 kitab, 3 dərs vəsaiti və 100-dək elmi məqalənin müəllifidir.

Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan İlham Mirzəyev "Vətən", "Qızıl qələm", "Humay", Hacı Zeynalabdin Tağıyev adına yaradıcılıq mükafatını, Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN