Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə sentyabrın 17-19-da təlim proqramı keçirilir.

Tezadlar.az-ın təlimdə iştirak edən əməkdaşı Rövşanə Xudatqızının verdiyi məlumata görə, təlimin ilk günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sevil Rəsulzadə çıxış edərək, iştirakçılara media ilə əməkdaşlıq istiqamətində təşkil olunan tədbirləri diqqətə çatdırıb. S.Rəsulzadə qeyd edib ki, maarifləndirici təlimlər “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planı çərçivəsində keçirilir və məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Ailə, qadın və uşaq məsələlərinə hüquqi yanaşma: media müstəvisində” mövzusu üzrə çıxış edərək, məişət zorakılığı və gender əsaslı zorakılıq halları ilə mübarizə istiqamətində mövcud qanunvericilikdən söz açıb, həmçinin media nümayəndələrinin üzərinə düşən öhdəlikləri nəzərə çatdırıb. T.Hüseynzadə məlumatlar işıqlandırılarkən cinsi ayrı-seçkiliyə yol verilməməsi, balans, dəqiqlik, mənbə müxtəlifliyi kimi prinsiplərə diqqətlə yanaşmanın vacibliyini vurğulayıb.

Əməkdaşımız bildirib ki, təlimin ikinci günündə “Mediada psixoloji sağlamlıq: intihar və bənzərliklər” mövzusunda təqdimatla çıxış edən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov intihar düşüncələrinin psixoloji köklərini anlamaq və onların müasir müalicə metodlarına dair məlumat verib. Qeyd edilib ki, xüsusilə medianın məşhur şəxsiyyətlərin intiharlarını işıqlandırma tərzi və detalların geniş yayılması intiharların artmasına səbəb ola bilər. O da vurğulanıb ki, media nümayəndələri tərəfindən məsuliyyətli xəbər yayımı intihar hallarının azalmasına yardımçı ola bilər.

Təlim müddətində qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması formaları barədə məlumat verilib.

İnteraktiv müzakirə və qrup işləri formatında davam edən təlim müddətində iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimin üçüncü günündə milli qanunvericilik çərçivəsində uşaq hüquqları, gender və məişət zorakılığı ilə bağlı təlim keçiriləcək, iştirakçılara sertifikatlar təqdim ediləcək.

E.ŞİRİNOV

aile-qad-18-2

aile-qad-18-3

aile-qad-18-4

aile-qad-180

aile-is-18

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN