Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllıda jurnalistlər və sosial media blogerləri üçün keçirilən təlim proqramı başa çatıb.

Tezadlar.az-ın təlimdə iştirak edən əməkdaşı Rövşanə Xudatqızının verdiyi məlumata görə, 17-19 sentyabr 2024-cü il tarixlərini əhatə edən təlim proqramının son günündə gender və uşaq məsələləri üzrə ekspert Abil Bayramov gender və uşaq hüquqları ilə bağlı beynəlxalq və milli qanunvericilik, həmçinin məişət zorakılığı və onun qarşısının alınmasında medianın rolu mövzularına toxunub, interaktiv, maarifləndirici nümunələrlə iştirakçılara problemin mahiyyətini izah edib. O, qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması qaydaları barəsində məlumat verib.

Təlim interaktiv müzakirə və qrup işləri formatında davam edib.

Təlimin yekununda çıxış edən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) üzvü, fəlsəfə dokroru Elgün Səfərov media nümayəndələrini və sosial media fəallarını gender problemlərinin həlli, zorakılığa qarşı mübarizə, qadın və uşaq hüquqlarının qorunması, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdə birgə əməkdaşlığa səsləyib.

Sonda jurnalistlərə və sosial media blogerlərinə fəal iştiraka görə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlim proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planı çərçivəsində keçirilir və məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.

E.ŞİRİNOV

aile-20-1

aile-20-4

aile-20-6

aile-20-9

aile-200-2

 

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN