" Tələbat olan çoxlu dərmanlar var ki, burada 10 lari, qonşu Türkiyədə isə 1-2 lari ola bilər".

Gürcüstan KİV-nin məlumatına görə,  bu sözləri Baş nazir İrakli Qaribaşvili “İmedi” telekanalının efirində yayımlanan “Üz-üzə” proqramında deyib. O, qeyd edib ki, gündəlik istifadədə olan və tələbat olan çoxlu dərmanlar var ki, burada 10 lari, qonşu Türkiyədə isə 1-2 lari ola bilər: "Əczaçılıq sənayesinin yüksək inkişaf etdiyi Türkiyədən dərmanların idxalına niyə məhdudiyyət qoyulur sualına bu gün cavab yoxdur. Türkiyədə əczaçılıq sahəsi və biznesi çox inkişaf edib. Son illərdə yüksək texnologiyalı əczaçılıq fabrikləri yaranıb və bu, bütün normal və sivil ölkələr tərəfindən qəbul edilir. Bu gün nədənsə Türkiyədən dərman gətirmək və ya idxal etmək qadağandır. Sual verdim, niyə? Heç kimin cavabı yoxdur. Biz bu qərarı verən kimi dərmanların qiymətinə çox tez təsir edə bilər və dərhal qiymətlər ucuzlaşa bilər", - deyə Baş nazir qeyd edib.

TEZADLAR.AZ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN