Alma-Atı aeropotunda heç kəs yoxdur...
***
Qazaxıstanda baş verən iğtişaşlar zamanı 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub. İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 317 əməkdaşı da xəsarət alıb.
Bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.
Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır. Etirazçılar Alma-Atada yanvarın 4-ü axşam saatlarında qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik işçiləri ilə toqquşub.
Dövlət başçısı Tokayev insanları tədbirli olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb.
Prezident xalqa müraciətində bildirib ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev artıq ölkənin Təhlükəsizlik Şurasının sədri deyil və bu gündən etibarən həmin vəzifəni o, özü icra edəcək.
Həmçinin bu gün prezident hökuməti istefaya göndərib, ölkə üzrə fövqəladə vəziyyət elan edilib.
Etirazçıların şəhər meriyasını, Alma-Atı hava limanını ələ keçirdiyi bildirilirdi. Qeyd edək ki, AZAL da vəziyyətlə əlaqədar Alm-atı şəhərinə həyata keçirilən reysləri ləğv edib.
Ria- novostinin son dəqiqələrə olan məlumatına görə, artıq Alma-Atıda antiterror əməliyyatı başlayıb.
JASMİN