ABŞ rəsmiləri etiraf edirlər ki, Ukraynaya ATACMS taktiki ballistik raketləri, F-16 qırıcıları və Abrams tankları kimi silahların çatdırılması vəziyyəti Kiyevin xeyrinə çevirə bilməyib.

Tezadlar.az bildirir ki, bu barədə “Reuters” agentliyinə Amerika administrasiyasının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, sözügedən hərbi yardım “Ukrayna üçün döyüş meydanında əhəmiyyətli uğurlara gətirib çıxarmayıb”.

Rəsmi onu da bildirib ki, Ukraynaya vəd edilən silahların böyük hissəsi artıq çatdırılıb, qalan silahlar isə hazırda ölkəyə göndərilir. O qeyd edib ki, Kiyevin kritik silah anbarları “yaxşı vəziyyətdədir”.

Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Ukraynaya silah verilməsi Rusiyanın qətiyyətini azaltmayacaq və ya xüsusi hərbi əməliyyatın gedişatını dəyişməyəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN