Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında bu gün görüş olacaq.

“Hürriyət” xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.

R.T.Ərdoğanın həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, NATO liderlərinin bugünkü sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. R.T.Ərdoğan və C.Bayden toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN