Rusiya Federasiyasının Ukraynaya silahlı əməliyyat nəticəsində 250-dən çox uşaq xəsarət alıb.
Bu barədə Ukraynanın Baş Prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Federasiyasının Ukraynaya silahlı əməliyyatı başlayandan bəri Ukraynada 416-dan çox uşaq əziyyət çəkib:
“3 aprel 2022-ci il səhər saatlarına olan məlumata görə, müharibə qurbanları olan uşaqlarının rəsmi sayı dəyişməyib - 158 ölü. Yaralıların sayı isə artıb - onların sayı 258-dən çoxdur”.
Qeyd olunur ki, uşaqlardan ən çox Kiyevdə - 75, Donetskdə - 73, Xarkovda - 56, Çerniqovda - 47, Nikolayda - 32, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumidə - 16, Jitomirdə - 15 nəfər zərər çəkib.