“2020 və 2021-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl icrası Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verir”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə göndərdiyi təbrikdə deyilir.
Putin qeyd edib ki, Rusiya ilə Ermənistan arasında mənalı siyasi dialoq davam etdirilir, ticarət-iqtisadi, elmi-texniki, humanitar və bir çox digər sahələrdə səmərəli əməkdaşlıq inkişaf edir.