Dünya Ukraynanın Buça şəhərində Rusiya hərbçilərinin mülki əhalini soyqırım etməsinə sərt reaksiya verib.

Fransa prezidenti Makron əsəbi açıqlama verib: "Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq. "

İsrailin Ukraynadakı səfiri Mixail Brodski: "Buçidən gələn fotolara baxdım, dərindən sarsıldım. Mülki insanları öldürmək müharibə cinayətidir və haqq qazandırıla bilməz".

Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons: "Təcavüz müharibə silahıdır... Qadınlar uşaqlarının gözü qarşısında, qızlar ailələrinin gözü qarşısında təcavüzə məruz qalıblar - şüurlu şəkildə boyun əymə aktı kimi. Bu vəhşilikdir!“

BMT-nin baş katibi Antonio Quterreş: "Buçada öldürülən mülki şəxslərin görüntüləri məni şoka saldı. Səbəbkarların məsuliyyətə cəlb edilməklə müstəqil istintaqın aparılması vacibdir. "

Ukraynalı sosial media istifadəçisi Vladimir Adnokinniy Ukraynalıların bu faciəsini belə təsvir edib: «…Ukraynalılar ukraynalı olduqları üçün öldürülürlər, necə ki, Hitlerin bir zamanlar yəhudiləri yəhudi olduqları üçün öldürdüyü Almaniya hələ də soyqırımla bağlı yəhudilərə təzminat ödəyir. İndi bütün dünyanın gözü qarşısında ukraynalıların soyqırımı baş verir, bizə də istintaq sözü verilir. Beş il? On il??? Sonra da gözlə ki, kimsə ekstradisiya olunacaq, cəzalandırılacaq??? Bu gün dünyanın sabah yox, məhz indi düşmənə qarşı dağıdıcı sanksiyalarının başlanmasında addımlar atmasını tələb edən xarici işlər naziri Dmitri Kulebanın peşəkar yanaşması ilə razıyam: Rusiyanın nefti, qazı, kömürü üzərinə embarqo; Rusiya gəmiləri və malları üçün bütün limanları bağlamaq; SWIFT-dən bütün Rusiya banklarını bağlamaq. «Heyvanlarla» alver etmək və maliyyə hesabatları saxlamaq olmaz. Rusiyanın istənilən qiymətli kağızlarından və dividendlərindən gəlir almaq qadağasını bura əlavə edərdim. Bizə sabah yox, indi hərəkət lazımdır…».

Bəli, Buçada baş verənlər insanlığa sığmır, vəhşilikdir, soyqırımdır!

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN