Rusiyanın Ukrayna ərazisində apardığı ədalətsiz müharibədə canlı qüvvə itkiləri 18 mini keçib...
Tezadlar.az xatırladır ki, Rusiyanın bəzi sosial media səhifələrində hər gün rusların bu müharibədə bir daha döyüşmək istəmədiyini əks etdirən real faktlar yayımlanır. Vaxtilə qaynayıb-qarışmış iki xalqın arasına müharibə toxumu, qırğınlar salanlar lənətlənir. Elə Prezident Vladimir Zelenski də dünən deyib ki, Rusiya hərbi məktəblərinin kursantları arasında Ukraynada döyüşmək istəyənləri axtarırlar. O, bu barədə videomüraciətində belə deyib: "Ukrayna Silahlı Qüvvələri düşmənin ölkənin dərinliklərinə keçməyə çalışdığı ərazilərin əksəriyyətini nəzarətdə saxlayır. Ən çətin sahə əvvəlki günlərdə olduğu kimi, Donbassda, Xarkov istiqamətindədir. Amma biz davam edirik. Bizim müdafiəçilərimizin rus qoşunlarını necə dayandıra biləcəyini təmin etmək üçün hər şeyi edirik. İşğalçıların sayca çox olduğunu, texnikalarının daha çox olduğunu bilirik. Rusiya liderlərinin bütün Rusiyada hərbi məktəblərin kursantları, döyüş təcrübəsi olan insanlar və çağırışçılar arasından yeni axmaqları toplamaq cəhdlərindən də xəbərimiz var ki, onların hamısını qoy qırğına, növbəti hücuma göndərsinlər. Amma bizim başqa çarəmiz yoxdur, torpağımızın, xalqımızın taleyi həll olunur. Biz nə üçün mübarizə apardığımızı bilirik və bu qələbə üçün hər şeyi edirik”.
Xatırladırıq ki, Avropa İttifaqı dünən 5 bəndən ibarət Rusiyanı diz çökdürəcək sanksiyalar paketini gündəmə gətirib və artıq tətbiqinə başlanılıb.
A.Məmmədli