Media Reyestrinin aparılması qaydaları və jurnalist vəsiqəsi formasının layihələri Nazirlər Kabinetinə təqdim olunub.

Bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib. O xatırladıb ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu 2022-ci il 8 fevral tarixində cənab Prezident tərəfindən təsdiq edilib və müvafiq qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanıb. Fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci il 24 fevral tarixində sərəncam imzalayıb və həmin sərəncamla da Medianin İnkişafı Agentliyinə həm Media Reyestrinin aparılması qaydalarının layihəsinin, həm də jurnalist vəsiqəsi və Media Reyestri Şəhadətnaməsinin formasının hazırlanması ilə bağlı tapşırıq verilib: "Müvafiq tapşırıq tərəfimizdən icra olunub, qeyd olunan layihələr hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib".

*** 

Bəli, "Media haqqında" qanun jurnalistikamızda yeni reallıqları diqtə edir. Belə ki, indiyədək kim istəyirdi ona qanunsuz əsaslarla vəsiqə paylayırdılar, bəzən isə bu vəsiqələri satmaqla gəlir əldə etmək niyyəti jurnalistikaya daşınırdı. "Təzadlar" araşdırma apararaq "Baş çoban-Baş redaktor" sərlövhəli məqalə də çap etmişdi. Məlum olurdu ki, əmək kitabçasına görə vaxtilə qoyunçuluq təsərrüfatında baş çoban işləmiş şəxs artıq baş redaktor kimi qəzet buraxır...

Bəli, bunlara son qoyulmalı, hər kəs bildiyi sahədə çalışmalıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN