Artıq sübuta ehtiyac yoxdur ki, Rusiya İrandan ballistik raketlər sifariş edib...
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirur ki, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi belə bir təsdiqləyici məlumat yayıb. Sitat: "Sanksiyalarla əlaqədar olaraq, Rusiya silah istehsalında məhduddur, buna görə də başqa ölkələrdən silah almağa çalışır. Biz dövlətimizə qarşı ballistik raketlərdən istifadə təhlükəsini anlayırıq, ona görə də bu gün İranın Rusiyaya silah tədarükünün nə qədər təhlükəli olduğunu dünya ictimaiyyətinə sübut etmək üçün diplomatiyamız, hərbi kəşfiyyatımız və digər strukturlarımız fəal işləyir"?
Rusiyanın hərbi cəhətdən zəifkiyi həm də özünü onda göstərir ki, irandan pilotsuz təyyarələr alınmaqdadır. Üstəlik, iki gün əvvəl strateji ərazi sayılan Xersondan geri çəkildi, Ukrayna ordusu şəhərə daxil oldu.
A.Məmmədli