SAKAŞVİLİNİN XƏSTƏLİYİ NƏZƏRƏ ALINMAQLA MÜALİCƏ ALMASI ÜÇÜN TƏCRİDXANADAN BURAXILMASI ƏTRAFINDA QALMAQAL DAVAM EDİR...
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, "Saakaşvili ilə bağlı beynəlxalq səviyyəli saxtakarlıq həm tibbi baxımdan, həm də hüquqi baxımdan özünü büruzə verir", -deyən Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski eks prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı sualı cavablandırarkən əlavə edib ki, Saakaşvilinin ac qalaraq özünə mümkün qədər zərər vurması üçün bütün resurslardan istifadə etməsi o deməkdir ki, Saakaşvilinin səhhəti spekulyasiya mövzusudur. Volski bildirib ki, Saakaşvilinin 2012-ci ilə qədər istifadə etdiyi üsullarla ölçüyəgəlməz resurslara sahib olmaq və hökuməti idarə etmək marağı olub və bu maraq bu gün də özünü göstərir.
Vitse -spiker Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın açıqlamalarına da münasibət bildirib. Volski Podolyakın (Gürcüstan hökuməti ilə bağlı) bəyanatı və dəyərləndirməsini həyasızlıq kimi qiymətləndirib. Bildirib ki, Podolyak, müxalif “Vahid Milli Hərəkat” partiyasının siyasətini davam etdirir, ya da Ukraynada və regionda baş verənləri görə bilmir. O deyib ki, əgər beynəlxalq təşkilatlarda Gürcüstanın kimi dəstəklədiyini anlaya bilmirsə, Gürcüstanın onlara göndərdiyi yardımları görmürsə, Gürcüstanın Ukraynaya göndərməyə tankı da yoxdur.
Mixail Podolyak Gürcüstan xalqının hazırkı hökuməti seçməklə böyük səhv etdiyini və hökumətin enerji məsələlərinin həllini Rusiyadan gözlədiyini demişdir. Bu isə Gürcüstanda ciddi narazılığa səbəb olub.
Gürcüstan hakimiyyəti isə hələki Saakaşvilinin azad edilməsinə tələsmir.
A.Məmmədli